"Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik"- Qüdrət Həsənquliyev
Rusiya Ukraynanın Odessa, İzmail və Nikolayev limanlarına zərbələr endirib
Çin nümayəndə heyəti Yaponiyanı tarixdən dərs çıxarmağa çağırıb
Əraqçı: İrana qarşı təcavüzə kömək edən hər bir ölkə ordumuzun qanuni hədəfi olacaq
10:04
630
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Brüssel yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı Vaşinqtondan izahat tələb edəcək və bu qərarın açıqlanması qurum üçün xoşagəlməz sürpriz olub.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ məcburi əməklə mübarizə bəhanəsi ilə ticarət tərəfdaşlarına qarşı gömrük rüsumları tətbiq etmək qərarına gəlib. Bu rüsumların həcmi 10%-dən 12,5%-dək təşkil edəcək. Məhdudlaşdırıcı tədbirlər Avropa İttifaqı ölkələri də daxil olmaqla 60 dövlətə şamil olunacaq. Yeni tariflər faktiki olaraq fevralın 24-də 150 gün müddətinə qüvvəyə minmiş müvəqqəti qlobal idxal rüsumlarını əvəz edəcək.
"Bizim Amerika ilə razılaşmamız var idi və biz bu razılaşmaya əməl edirdik. Bu razılaşmalara riayət olunmaması bizim üçün xoşagəlməz sürpriz oldu", — deyə Kallas "Reuters" agentliyinə müsahibəsində bildirib.
Bununla yanaşı, o, yeni məhdudiyyətlərin əsassız olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Avropanın əmək qanunvericiliyi Amerikanınkından daha yaxşıdır, ittifaq ölkələrində "ödənişli məzuniyyət var və çox yaxşı əmək şəraiti mövcuddur".
Məryəm Quliyeva