İran Bəhreyn və İordaniyadakı ABŞ hərbi bazalarına dronlarla hücum edib Gündəm

İran Bəhreyn və İordaniyadakı ABŞ hərbi bazalarına dronlarla hücum edib

İran Silahlı Qüvvələri ötən gecə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Bəhreyndəki "Şeyx İsa" və İordaniyadakı "Əl-Əzrəq" ABŞ bazalarına zərbələr endirərək, yanacaq çənlərini və anbarları vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İran dronları Bəhreyndəki "Şeyx İsa" bazasında yanacaq anbarlarına, avadanlıq saxlanılan böyük anqarlara və Amerika terror ordusu qüvvələrinin yerləşdiyi məkanlara zərbələr endirib. Əməliyyat zamanı həmçinin İordaniyadakı "Əl-Əzrəq" bazasında təyyarələrin təmiri və xidməti üçün nəzərdə tutulan anqarlar, eləcə də ABŞ ordusunun yerləşdiyi yerlər dron hücumuna məruz qalıb", — deyə bəyanatda bildirilir. Mətn "Fars" agentliyi tərəfindən təqdim olunub.

Məryəm Quliyeva