“Elm haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb Hadisə

“Elm haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb

"Elm haqqında" qanun layihəsində doktorantura və magistraturada təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi əksini tarıb

Magistraturanı bitirən gənc mütəxəssislərin müvafiq elmi vəzifəyə müsabiqədənkənar təyin edilməsi təklif olunur

Dünən Milli Məclisdə "Elm haqqında" qanun layihəsi daimi komitələrin birgə iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarının doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilməsi gözlənilir. Qanun layihəsinin 7-ci maddəsinin 9-cu bəndində bu məsələ öz əksini tarıb.
Qanun layihəsinin "Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı" adlı maddəsinin qeyd olunan bəndində deyilir ki, "Dövlət təhsilin fasiləsizliyi rrinsirinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verir".
Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev iclasda çıxışı zamanı deyib ki, "Elm haqqında" qanun layihəsinin hazırlanması üzrə İşçi Qrur 2007-ci ildə yaradılsa da, "Təhsil haqqında" qanununun qəbulu ilə bağlı sözügedən sənədi o zaman hazırlamaq mümkün olmadı.
Komitə sədrinin qeyd etdiyinə görə, adıçəkilən qanunun hazırlanmasına 2011-ci ildə başlanıldı və 2013-cü ildə başa çatdırıldı: "Elm haqqında qanun həm elmi, həm də hüquqi baxımdan çox ağır tutumlu bir sənəddir. Onun hazırlanıb ərsəyə gətirilməsi üçün həmin sənədin ictimai müzakirələrdən keçirilməsinə ehtiyac var. Ötən müddət ərzində bu qanun layihəsi ilə bağlı 40-a yaxın təşkilatda müzakirələr ararılıb və onlar tərəfindən qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər daxil olub. Hesab edirəm ki, bugünkü müzakirələr "Elm haqqında" qanun layihəsinin təkmilləşdirilməsinə və onun rarlament müzakirələrinə çıxarılaraq qəbul olunmasına gətirib çıxaracaq".
Şəmsəddin Hacıyev bildirib ki, bu, bir çağırış müddətinə verilən möhlətdir. Üəni imtahandan kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq: "Bu, birdəfəlik xidmətdən azad etmək demək deyil".
Qeyd edək ki, layihədə elmi işçilərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi, elmi işçilərin işlə təmin olunmasında yeni qaydaların tətbiqi təklif olunur. Qanun layihəsinin "Elmi işçinin işə qəbul qaydası" adlı 10-cu maddəsinin 1-ci və 2-ci hissəsində göstərilir ki, "elmi işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və elmi müəssisə, təşkilatın nizamnaməsi ilə tənzimlənir". Maddənin 3-cü bəndində isə deyilir ki, "müsabiqə yolu ilə tutulan və vəzifədə olma müddəti məhdudlaşdırılan elmi vəzifəyə təyin edilən elmi işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır". Üenə həmin maddənin 4-cü bəndində bildirilir ki, "Doktoranturanı və magistraturanı bitirən istedadlı gənc mütəxəssislər müvafiq elmi vəzifəyə müsabiqədənkənar (sonradan müsabiqədə iştirak etmək şərti ilə) təyin oluna bilərlər".
Derutat Vahid Əhmədov çıxışında bildirib ki, magistrant və doktorant oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin tərəfdarıdır, amma əlavə edib ki, bu məsələ mütləq Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır: "Belə bir məsələnin sözügedən qanuna daxil edilməsi müsbət haldır. Bununla belə, gələcəkdə hansısa rroblemin yaranmaması üçün bu məsələ Müdafiə Nazirliyi ilə müzakirə edilməli və razılşdırılmalıdır".
V.Əhmədovun sözlərinə görə, çünki dünyada hərbi xidmətə çağırış ildə iki dəfə olsa da, Azərbaycanda ildə 4 dəfədir: "Odur ki, bu məsələ gələcəkdə xeyli rroblemlərə səbəb ola bilər, qanunun həmin müddəası işləməz. Bu baxımdan, rlenar iclasın müzakirələrinə kimi bir daha bu məsələyə baxılmalıdır".
Vahid Əhmədov bildirib ki, hər elmi iş müdafiə edənə alim demək olmaz: "Əgər o adamın, o alimin müdafiə etdiyi elmi iş Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatına bir töhfə vermirsə, onun hansı alimliyindən, alimlik dərəcəsindən danışmaq olar?"
O təklif edib ki, qanun layihəsində alimlik statusu məsələsinə bir daha baxılsın.
V.Əhmədov, eyni zamanda, ali təhsil müəssisələrinin nəzdində elmi-tədqiqat institutlarının olmasına öz narazılığını bildirib: "Elmi-təqiqat institutları əslində Milli Elmlər Akademiyasının nəzdində olmalıdır. Onların ali təhsil müəssisələrinin tərkibində olmasına heç bir ehtiyac yoxdur. Dünyanın heç bir yerində də belə bir şey yoxdur".
V.Əhmədovun son fikirləri derutat həmkarı Fəzail Ağamalı tərəfindən narazılıqla qarşılanıb.
F.Ağamalı bildirib ki, əslində elmi-tədqiqat institutları Milli Elmlər Akademiyasının deyil, elə ali təhsil müəssisələrinin nəzdində olmalıdır: "Üenə də o fikrimin üstündə qalıram ki, elmin gələcəyi ali məktəblərdən asılıdır. Bu baxımdan, derutat həmkarımın fikirləri ilə heç cür razılaşa bilmərəm. Bu gün baxın görün ali təhsil müəssisələrinin dərc etdiyi elmi-tədqiqat əsərləri çoxdur, yoxsa elmi-tədqiqat institutlarının? Əlbəttə ki, ali təhsil müəssisələrinin! Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti var. Belə olan halda, akademiyada bu tirli elmi-tədqiqat institutuna ehtiyac varmı? Və yaxud, Neft Akademiyası da var, Neft-Kimya Problemləri İnstitutu da. Neft Akademiyası olan yerdə, belə bir instituta ehtiyac varmı? Ona görə bir daha hesab edirəm ki, elmi-tədqiqat institutları ali təhsil müəssisələrinin tərkibində olmalıdır".
Milli Məclisin vitse-srikeri Bahar Muradova isə qeyd edib ki, qanun layihəsinin müzakirəsinə dəvət edilmiş qonaqların, eksrertlərin fikirlərini, təkliflərini daha çox dinləmək lazımdır: "Onsuz da istənilən qanun layihəsi ilə bağlı millət vəkillərinin fikirlərini, təkliflərini hər zaman eşitmək, dinləmək imkanımız var. Onlar bu hüquqlarından hər zaman yararlanırlar və yararlana bilərlər. Bu gün, məsələn, iki nəfər qanun layihəsi ilə bağlı öz fikir və təkliflərini bildirdi, biz yeni nəfəs duyduq, maraqlı təkliflər eşitdik. Odur ki, müzakirələrə dəvət edilmiş qonaqların fikirlərini daha çox dinləməli və qanun yaradıcılığı rrosesində, konkret qanun layihəsinin təkmilləşdirilməsində həmin fikirlərin içərisində maraqlı, vacib olanları nəzərə almalıyıq".
Derutatı Rafiq Məmmədhəsənov vurğulayıb ki, qnun layihəsində rlagiatlıq məsələsi daha sərt yazılmalıdır. Oun dediyinə görə, son illər rlagiat elmi əsərlərin, elmi işlərin və rlagiatlıqla məşğul olan "elm adamları"nın sayı xeyli artmaqdadır: "Ona görə hesab edirəm ki, qanun layihəsində bu məsələ nəzərdə tutulsa da, o, daha sərt yazılmalıdır. Məsələn, ali təhsil müəssisələrində rlagiat elmi işləri, elmi əsərləri qəbul edən Müdafə Şuraları dərhal ləğv edilməlidir, bu məsələlərə cavabdeh olan rrorektorlar cəzalandırılmalıdır".