Ermənistanın informasiya təxribatı... Hadisə

Ermənistanın informasiya təxribatı...

Arzu Nağıyev: "Bu cür informasiya təxribatları real təxribatlara hazırlıqdır"

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın təmas xəttinə hücum etdiyi və itkilər verərək geri döndüyünə dair iddialar səsləndirib. Azərbaycan Müdafiə Nazirliyi isə bu iddiaları təkzib edib və bunları Ermənistan tərəfinin informasiya təxribatı adlandırıb. Analitik Arzu Nağıyev, adətən, Ermənistan Müdafiə Nazirliyinin belə bəyanatlarla həyata keçirmək istədiyi gələcək təxribatlara zəmin yaratdığını bildirir: "Bu cür informasiya təxribatları real təxribatlara hazırlıqdır. Bu təxribatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görüşdən sonra ortaya çıxdı. Orda Qarabağ məsələsinə də toxunuldu. Son zamanlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün əlavə yollara əl atacağına dair fikirlər var. Görünür, Ermənistan manevrlər etməyə çalışır".

Əli