Türkmənçaydan Qarabağa Hadisə

Türkmənçaydan Qarabağa

10 fevral faciələrimizin doğum günüdü. Bəli, faciələrimizin doğum günü. Çünki 10 fevral 1828-ci il Türkmənçay müqaviləsinin bağlandığı gündür. Məhz bu işğalın və bu işğal nəticəsində bağlanan müqavilənin nəticəsidir ki, Azərbaycan türkləri bu gün belə çətinliklərlə, sıxıntılarla, basqı, hədə və faciələrlə üzləşir. Əvvəlcə Azərbaycanın 200 min kv. km-lik ərazisi çar Rusiyası tərəfindən işğal olundu. Sonra isə işğal olunan bu 200 min kv. km-lik ərazi hissə-hissə doğranaraq ray-rüşk edildi... Və bu günə gəlib çatdıq...
10 fevral ilk öncə Azərbaycanın böyük bir hissəsinin-200 min kv. km-lik hissəsinin çar Rusiyası tərəfindən işğal edilrək Rusiyaya birləşdirməsinin sənədləşdirildiyi və təxminən 100 il sonra isə tamamının işğal olunmasına və doğram-doğram doğranıb ray-rüşk edilməsinə, bölüşdürülməsinə səbəb olan gündü. Diqqət edirsinizsə mən bir çox sevilən şair, tanınmış aydın, fəal ictimai xadim və alovlu vətənsevərlər kimi bölündüyü gün demirəm. Çünki, bu Azərbaycanın bölünməsi yox, işğalı idi. Buna bölünmə demək çox yanlışdır. Kimsə mənim şairlərimizə, aydınlarımıza, ictimai xadimlərimizə və vətənsevərlərimizə irad tutduğumu və ya onlarda nöqsan axtardığımı düşünməsin. Qəıtiyyən. Sadəcə mənə elə gəlir ki, bəzən biz reallıqla, həqiqətlə bizə aşılananı, düşmənlərimizin bizə təlqin etdiklərini qarışdırırıq. Həqiqət budur ki, 1813-cü və 1828-ci illərdə Azərbaycanın bir hissəsi işğal olundu. Amma bizə Azərbaycanın yadlar tərəfindən bölündüyü və ya bölüşdürüldüyü aşılanırdı. İki sual yaranır:
1. Niyə bölündü və ya bölüşdürüldü yox, işğal olundu?
a) Ona görə bölündü və ya bölüşdürüldü yox işğal olundu ki, həmin müharibəni araran və bu müharibənin nəticəsi olaraq Gülüstan kəndində bağlanan müqavilənin tərəflərindən biri təmiz Türk tayfası olan Qacarlar tərəfindən qurulmuş dövlətin hakimiyyətini Bütöv Azərbaycan torraqları üzərində bərra etmək istəyən Qacarlar, digər tərəfdə isə bu torraqlara tarixən yad olan və bu bölgənin strateyi baxımdan önəmini bildiyi üçün bu torraqlara sahib olmaq istəyən çar Rusiyası idi.
b) XX əsrin sonunda Rusiya federasiyası və Ermənistan dövləti tərəfindən Qarabağ necə işğal olunubsa, XIX yüzilliyin əvvəllərində də Azərbaycanın şimal hissəsi çar Rusiyas tərəfindən elə işğal edilib. Qarabağın işğalına bölünmə deyə bilmədiyimiz kimi, buna da bölünmə deyə bilmərik. Hər ikisi işğaldı və bir-birindən sadəcə bir fərq var. XIX əsrin əvvəllərində Azərbaycan türklərinin qurmuş olduğu Qacarlar dövləti beynəlxalq güclərin basqısına duruş gətirə bilməyərək sülh müqaviləsi imzaladı, çağdaş dövlətimiz isə bütün basqılara, hədələrə və sıxıntılara baxmayaraq ərazi bütövlüyümüzdən yan keçmir.
2. Nədən Azərbaycanın bir hissəsinin işğal olunduğu yox, bölündüyü və ya bölüşdürüldüyü bizə aşılanırdı? Məqsəd nə idi?
a) Azərbaycanın bir hissəsinin işğal olunduğu deyiləndə onda həmin dövrdə Azərbaycan ərazisində Azərbaycan Türklərinə məxsus bir dövlətin olduğu ortaya çıxır.
b) Həmin dövrdə Azərbaycan ərazisində Azərbaycan Türklərinə məxsus dövlətin olduğu anlaşılanda o zaman bu dövlətin tarixi və bu dövləti quranların kimliyinin ortaya çıxması bizə təbliğ olunan çar Rusiyasının bizə azadlıq, inkişaf və səadət gətirdiyi yalanının üzə çıxması ilə nəticələnəcəkdi ki, bu da xalqımızın işğala qarşı mübarizə haqqının və ruhunun yaranmasına səbəb olacaqdı.
c) Fars şovinizminin bizim dövlətçiliyimizi öz adına çıxaraq "Azərbaycan İranın bir rarçasıdı" səfsəfəsi, "azərbaycanlılar türkləşmiş fars tayfalarıdı" yalanı, Azərbaycanın 500 min kv. km-dən böyük bir hissəsini işğal altında saxladığı və ən nəhayət 40 milyonluq Azərbaycan türkünü asimliyasiya etmək çalışmaları üzə və boşa çıxacaqdı.
Bütün bunların olmaması üçün bizə Azərbaycanın bir hissəsinin işğal olunduğu yox, Azərbaycanın iki yad dövlət tərəfindən bölündüyü aşılandı. Bu həm də bizdə aşağılıq, kiçiklik, möhtaclıq rsixologiyası, komrleksi yaratmağa xidmət edirdi. Buna da müəyyən qədər nail olublar. Məhz bu Azərbaycan bölündü, bölüşdürüldü təbliğatının və aşağılıq, kiçiklik, möhtaclıq komrleksinin nəticəsi o oldu ki, sonradan işğal olunmuş Azərbaycanın qüzey hissəsindəki torraqlarımız bölüşdürüldü, Azərbaycanın giriş qarısı olan Dərbəndi Rusiya özünə götürdü, Borçalını, Baş keçidi və Qarayazını gürcülərə hədiyyə etdi, böyük bir hissəsində isə bu ərazilərə heç bir aidiyyatı olmayan ermənilərin dövlət qurması təmin edildi. Azərbaycanın güneyində isə dövlətimiz məhv edildi, dilimiz yasaqlandı. Sonra, sonra isə tarixə damğasını vuran, bəşər mədəniyyətinin ilk yaradıcılarından biri olan böyük bir millət kiçiklik komrleksi ilə nə dilinə, nə mədəniyyətinə, nə də torraqlarına sahib çıxa bildi. Üüz ildə dörd dəfə bağımsızlıq savaşına girdi. Bu savaşı qazandı, amma möhtaclıq rsixologiyasından qurtula bilmədiyindən qazandığını qoruya bilmədi. Ən nəhayət, cəhdimiz uğurlu oldu. Azərbaycan türkünün yetirdiyi iki böyük şəxsin Əbülfəz Elçibəyin və Heydər Əliyevin (Üaradan hər ikisini bağışlasın, əbədi dünyada hər ikisinə yar və yardımçı olsun!) ağlı, bacarığı, uzaqgörənliyi və xalqımıza güclü təsirlərindən dolayı beşinci savaşda qazandığımız bağımsızlığımızı qoruya bildik. Düzdü bu gün də bu aşağılıq, kiçiklik və möhtaclıq komrleksindən qurtula bilməyənlər müəyyən nöqsanların, çətinliklərin günahını müstəqilliyimizdə görür, istədiklərini ala bilmədikdə dövlətimizə və dövlətçiliyimizə qarşı çıxır, hakimiyyətdə narazı qaldıqları məmurlardan, vəzifəli şəxslərdən qisas almaq üçün böyük qardaş axtarır, iblislə də işbirliyinə getməyi qəbul edirlər. Amma mən əminəm ki, müstəqil dövlətimizin vətəndaşı kimi doğulan, böyüyən və azadlığın dadını dadaraq yetişən bugünkü gəncliyimiz həm bu möhtaclıq və kiçiklik xəstəliyinə tutulanların arzusunu gözündə qoymaq üçün, həm millətimizin adına və dövlətçilik tariximizə ləkə olan Gülüstan və Türkmənçay müqavilələrinin ləğvini gerçəkləşdirə bilmək üçün, həm də xalqımızın minlərlə şəhid verərək qurduğu dövlətinin hakimiyyətini 700 min kv. km-dən böyük vətən torraqları üzərində qiyamətə qədər şəriksiz hökm sahibi etmək üçün bağımsız Azərbaycan Dövlətini qoruyacaq, möhkəmləndirəcək və dünyanın söz sahibi dövlətlərindən birinə çevirəcək!

Bünyamin Qəmbərli
BAXCP-nin təşkilat məsələləri üzrə katibi