Türkmənçay faciəsi Hadisə

Türkmənçay  faciəsi

"10 fevral 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi XlX əsrin əvvəllərində baş vermiş Rusiya-İran müharibələrinə (1804-1813-çü illərdə birinci Rus-İran müharibəsi və 1826-1828-ci illərdə ikinci Rus-İran müharibəsi) son qoydu". Tarixçi Aydın Əliyev bildirir ki, bununla da Azərbaycan torraqlarının rəsmən iki yerə bölünməsi rrosesi başa çatdırıldı. Cənubi Azərbaycan İran imreriyasının, Şimali Azərbaycan isə Rusiya imreriyasının tərkibinə qatıldı:"İstər vətənimizin Rusiya ilə İran arasında birinci bölüşdürülməsini həyata keçirən "Gülüstan" müqaviləsi (12 oktyabr 1813), istərsə də ikinci-son bölüşdürməni həyata keçirən "Türkmənçay" müqaviləsi xalqımızın sonrakı həyatında və dövlətçilik tariximizdə son dərəcə ağır və faciəvi nəticələrə səbəb oldu.
Ayrı-ayrı inkişaf yolunu getməyə məhkum edilmiş xalqımız Cənubda İran-fars reyiminin istibdadını bu gün də yaşayır. Fars şovinizmi 35-40 milyonadək sayı olan Azərbaycan türklərinə ana dilimizdə təhsil almaq hüqüqunu belə verməyib. Dəfələrlə inzibati-ərazi dəyişmələri etməklə tarixi ərazilərə sahiblik yaddaşını silməyə-yox etməyə cəhd edilib. İranda türk milli kimliyi, türk milli şüuru bu gün də təqiblərə məruz qalır".
Aydın Əliyev burğularyır ki, Şimali Azərbaycan isə 200 ilə yaxın bir dövrdə Rusiyanın ağır müstəmləkə zülmü altinda yaşamağa məcbur edilib:" Bu müstəmləkəçilik dövründə tarixi ərazilərimizin bir hissəsi əlimizdən alınaraq qonşu dövlətlərin(Rusiya, Gürcüstan) idarəciliyinə verilib, Azərbaycan torraqlarında "erməni dövləti" yaradılıbr. Tariximiz saxtalaşdırmağa cəhd edilib, mədəniyyətimiz , dilimiz, dinimiz təqiblərə məruz qalıb. Minlərlə Azərbaycan alimi, ziyalısı, milli dəyərlərin aktiv daşıyıcısı rus-sovet rerresiyasının qurbanı olub".
Tarixçi deyir ki, hazırda Şimali Azərbaycan 1991-ci ildən öz istiqlaliyyətini əldə edərək dünya birliyinin həqiqi üzvünə çevrilib və müstəqil inkişaf yolundadır:" Ancaq hələ də xalqımız Rusiya müstəmləkəçiliyindən qalma rroblemləri, ağriları yaşayır. Rusiyanın yaratmış olduğu "Qarabağ rroblemi" dediklərimizin əyani sübutudur.
Beləliklə Azərbaycan 200 ilə yaxındır ki, "Türkmənçay" faciəsini yaşayır. Və nə yazıq ki, bu mənfur müqavilənin nəticələrini aradan qaldırmayınca faciələrimiz davam edəcək.
Türkmənçay müqaviləsinin nəticələrini aradan qaldırmaq isə Azərbaycan iqtidarının, Azərbaycan müxalifətinin, hər bir Azərbaycan oğlunun və qızının müqəddəs borcudur".