Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq inkişaf etdiriləcək Hadisə

Azərbaycanla Türkiyə arasında dini sahədə əməkdaşlıq inkişaf etdiriləcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyədə rəsmi səfərdədir.
DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Cumhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə gedib.
Səfər çərçivəsində Dövlət Komitəsi sədrinin Mehmet Görməzlə iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirəsi, həmçinin, Diyanət İşləri Başqanlığında, Diyanət Vəqfində, Ankara Universitetində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.
M.Qurbanlı səfər zamanı bir sıra dövlət və hökumət rəsmiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazirin müavini Bülənt Arınçla da görüşlər keçirəcək.