“UNESKO nəşrləri və e-platformasının istifadəyə verilməsi” Mədəniyyət

“UNESKO nəşrləri və e-platformasının istifadəyə verilməsi”

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel sessiyası "Mədəniyyətlərarası dialoqun e-resurslar vasitəsi ilə təbliği üçün yeni perspektivlər: UNESKO nəşrləri və e-platformasının istifadəyə verilməsi" mövzusuna həsr edilib. Panel sessiya mövzunun əhəmiyyətindən söz açılıb. Bu veb-sayt hərtərəfli olmaqdan daha çox, "töhfə vermək üçün çağırışlar"dan ibarət olan təməl daşıdır. "Vikipediya" ilə eyni məzmuna malik olan bu platforma bütün dünyadan məlumat toplayaraq (məzmun baxımından) zənginləşməyə hazırdır və hər kəs üçün əlçatan olan və durmadan inkişaf edən internet səhifəsidir.
Bildirilib ki, "onlayn" rəqəmsal kitabxana və onun səyyar sərgisi xüsusilə sülh və tolerantlıq dəyərlərinin (humanist və elmi biliklər əsasında) formalaşdırılmasında ərəb-müsəlman sivilizasiyasının rolunu və bu irsin müasir Avropanın, nəticə etibarı ilə də çağdaş dünyanın inkişafına necə töhfələr verdiyini diqqət mərkəzində saxlayır. Bu layihənin bərpa edilməsi (bütün neqativ dəyişikliklərin qarşısını almaq baxımından) olduqca vaxtında verilmiş bir qərardır və ziyarətçilərə həm mədəniyyətlər, həm də onların qarşılıqlı asılılığı haqqında dəqiq məlumatlar verir.
Paneldə Kanadanın Kvebek əyalətində yerləşən Laval Universitetinin antropologiya departamentinin fəxri professoru Frankin Seylantin, Paris-Saclay Universitetinin mübahisəli məsələlərin təhlili və onların həlli variantları mərkəzinin direktoru Salim El Sayegin, beynəlxalq məsləhətçi Lazaro İsrail və UNESKO-nun xoşməramlı səfiri Aleksandra Oçirovanın sözügedən mövzuda məruzələri dinlənilib.