Seutaya çatmağa çalışan miqrantlar arasında ölənlərin sayı 67-yə yüksəlib Dünya

Seutaya çatmağa çalışan miqrantlar arasında ölənlərin sayı 67-yə yüksəlib

İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərinə dəniz yolu ilə çatmağa çalışan miqrantlar arasında ölənlərin sayı 67-yə çatıb.

Bu barədə “El País” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, son günlər minlərlə miqrant Seutaya üzərək, eləcə də şəhəri Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçərək daxil olmağa müvəffəq olub.

İspaniya KİV-nin məlumatına əsasən, Seutaya qanunsuz miqrasiya axını davam edir. Hadisə ilə əlaqədar İspaniya və Mərakeş hakimiyyət orqanları sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib və miqrantların geri qaytarılması istiqamətində birgə fəaliyyət göstərirlər.