Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq Dünya

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

ABŞ Ukraynada müharibəni dayandırmaq və tərəfləri yenidən danışıqlar masasına əyləşdirmək üçün səylərini gücləndirəcək.

Bu barədə ABŞ-nin dövlət katibi Mark Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, qarşıdakı bir neçə həftə ərzində sülhün əldə olunması üçün real imkanlar araşdırılacaq:

"Biz yaxın həftələrdə səy göstərəcəyik ki, Ukrayna və Rusiyanı yenidən danışıqlara cəlb edək və bu müharibəyə son qoyaq. Amma başa düşürük ki, hər iki tərəfin sərt tələbləri var və bu qırmızı xətləri bir-birinə yaxınlaşdırmayınca istədiyimiz nəticəni ala bilmərik".