ABŞ və Çin arasında münaqişə dünya üçün fəlakət olar - Rubio Dünya

ABŞ və Çin arasında münaqişə dünya üçün fəlakət olar - Rubio

Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər.

Xalqcebhesi.az xəbər verir ki bu barədə ABŞ-nin dövlət katibi Mark Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-nin milli maraqları qurban verilməməlidir:

"Biz bu prosesləri tənzimləməliyik, amma dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur".

Məryəm Quliyeva