ABŞ Ukraynaya yardım qrupunun rəhbərliyini başqa ölkəyə verir Gündəm

ABŞ Ukraynaya yardım qrupunun rəhbərliyini başqa ölkəyə verir

ABŞ NATO daxilində Ukraynaya hərbi yardımları tənzimləyən qrupun rəhbərliyini alyansın başqa üzvünə təhvil vermək niyyətindədir.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, rəhbərliyin başqa ölkəyə keçməsi prosesi təxminən bir il çəkəcək, lakin bu müddətdə Kiyevə kömək dayanmayacaq.

Qrupa məhz hansı ölkənin rəhbərlik edəcəyi hələlik məlum deyil.