7 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək İqtisadiyyat

7 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada dekabrın 15-18-də Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında və Şirvan şəhərində səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək. Belə ki, dekabrın 15-də saat 9.00-dan 13.00-dək Füzulu rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Beyləqan rayon mərkəzi xəstəxanasında, dekabrın 16-da saat 9.00-dan 13.00-dək İmişli rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında və saat 14.00-dan 18.00-dək Saatlı rayon ƏSMM-nin inzibati binasında həmin rayonlardakı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidmətləri ilə təmin ediləcəklər.
Dekabrın 17-də saat 9.00-dan 13.00-dək Sabirabad rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Hacıqabul rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında, dekabrın 18-də saat 9.00-dan 14.00-dək isə Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində protez-ortopedik bərpa xidmətləri davam etdiriləcək.
Əvvəlcədən qeydiyyatı aparılmış, habelə bu şəhər və rayonlarda yaşayan, göstərilən vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunacaqlar.