Azərbaycanda nağd pul kütləsi ilin əvvəlindən 7% azalıb İqtisadiyyat

Azərbaycanda nağd pul kütləsi ilin əvvəlindən 7% azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 923,4 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 211,6 mln. manat və ya 0,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 6,7% və ya 1 942,9 azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 440,7 mln. manat və ya 5,6% artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) sentyabrın 1-nə 9 848,2 mln. manat təşkil edib. Bu isə avqustun 1-nə nisbətən 125,3 mln. manat və ya 1,3%, illin əvvəli ilə isə müqayisədə 3,6% və ya 347,2 mln. manat artma deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 1 305,6 mln. manat və ya 15,3% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.