“Azərbaycan türkləri tarix boyu farsların yer üzündən silinməsinin qarşısını alıblar” Müsahibə

“Azərbaycan türkləri tarix boyu farsların yer üzündən silinməsinin qarşısını alıblar”

Tarixçi alim Vaqif Abışov:"Onların varlığını qoruyub saxlayıb, farsları dövlətçiliyə cəlb edib, mədəniyyətlərinin itirilməsinə imkan verməyib"

"Məlumdur ki, 1988 –ci ilin yanvarından etibarən Ermənistan Azərbaycana qarşı ərazi iddiaalarılna başladı. Xüsusən Dağlıq Qarabağda erməni quldurları təxribatlara başladılar. O cümlədən ilk olaraq fevralın axırlarından Ermənistandan Azərbaycana ilkin köçlər gəldi. Yəni 1988-ci ilin yanvarından başlayan bu proses həmin ilin noyabran 17-nə kimi yavaş yavaş gedirdi. Həmin ildə Sumqayıt hadisələri ilə Azərbaycanın başına oyun gətirməyə başladılar. Bu hadisə o zaman Moskva dövlət təhlüksəzilik orqanlarınnın yaxından iştirakı ilə baş tutudu". Bunu "Xalq Cəbhəsi"nə müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Elm və təhsil məsələləri üzrə katibi Vaqıf Abışov deyib. O, əlavə edib ki, onlar həm ermənilərin əli ilə azərbaycanlıları rüsvay etmək, həm də ermənilərin Azrbaycana qarşı ərazi iddialarını əsaslandırmaq, onların törətdiyi əməlləri malalamaq istəyirdilər. Mən deyərdim ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaranandan sonra bu məsələlər zaman-zaman alovlanıb və sönüb. 1987-ci ilin noyabrında Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi Aqambekyan Fransada fransız qəzetinə müsahibəsində Dağlıq Qarabağın ermənilərə verilmnəsi ilə bağlı məsələyə toxunmuşdu. Bu artıq bir işarə idi. Aqambekyan SSRİ-də böyük bir vəzifə tuturdu və onun ağzından belə bir sözün çıxması sanki separatizmin başlanmasına bir işarə idi.
-O zaman Azərbaycana qarşı bu addımın atılacağı gözlənilən idimi?
-Xeyr. Azərbaycanda həm dövlət, həm elm xadimləri, həm də cəmiyyətdə bu addımın atılacağı gözlənilmirdi. Sanki yatmışdıq və birdən ayıldıq. Amma ermənilər uzun müddət bu prosesə hazırlaşmışdılar. Ona görə də Azərbaycan bundan daha çox əziyyət çəkdi. Ancaq xalq qısa bir müddətdə toparlandı. Xalqı arxasınca aparan ziyalılar isə başa düşdü ki, bu bəla nədir, hardan gəlib və bunun qarşısını necə almaq lazımdır. Ona görə də xalqı səfərbərliyə aldılar. Bütün Azərbaycan xalqı ayağa qalxdı və kütləvi tədbirlər başlandı. Amma buna rəğmən Moskvadan da ümid kəsilməmişdi. Bütün narazılıqlar, şikayətlər yenə də ora ünvanlanırdı. Qəbul olunmuş qətnamələrdə bildirilirdi ki, SSRİ rəhbərliyi buna əncam çəkməlidir, separatizmə son qoyulmalıdır. Amma təəssüf, o zaman o qədər də dərk olunmurdu ki, bu əməlləri törədən Qorbaçov başda olmaqla, elə SSRİ rəhbərliyidir. O zaman həqiqətən də prosesin SSRİ-nin siyasi mətbəxində hazırlanmasından xəbərsiz idik. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi, Əbdürrəhman Vəzirov başda olmaqla bundan hali idilər. Onlar xalqdan uzaqda durmuşdular. Yəni xalqla onlar arasında uçurum vardı. Ermənistanda isə bu belə deyildi. Ermənistan hökuməti ilə xalq arasında birlik vardı və hədəfləri bəlli idi. Buna baxmayaraq xalqımız öz ziyalılarının ətrafında toparlanaraq kütləvi aksiytalara başladı və aksiyaların kuliminasiya nöqtəsi noyabrın 17-nə təsadüf etdi.
-Bundan sonra proseslər necə davam etdi?
-Təkcə Azərbaycanda deyil, yaxın və uzaq dövlətlərdə də Azərbaycandakı bu hadisənin görülməsi və buna qiymət verilməsi böyük bir hadisə idi. Xalq həqiqətən dirçəlib, oyanmışdı və dərk etmişdi ki, bu Azərbaycana qarşı böyük bir təxribatdır, ərazi iddiasıdır. Hamı bilirdi ki, bu Azərbaycanın ərazi bütövlüyünə, tarixinə bir zərbədir və bunun qarşısına çıxmaq lazımdır. Bnilirsiniz ki, o zaman xalq əliyalın idi. Xalq demokratik qaydalara uyğun olaraq etiraz edirdi, ayağa qalxmışdı. 100 minlərlə insan meydanlarda idi və Ermənistandan tələb edirdilər ki, Azərbaycan torpaqlarından əllərini çəksinlər. Daha aktiv formada etiraz noyabrın 17-dən dekabrın 4-ü gecəyədək davam etdi. Həmin mərhələdə sovet hökuməti qorxuya düşdü. Anladı ki, silahsız insan kütləsinin qarşısında heç bir güc dayana bilməz. Ona görə də bunun qarşısını zorakılıqla almağa qərar verdilər. Amma Ermənistanda və Dağlıq Qarabağda gedən kütləvi aksiyalarla bağlı bu cür tədbirlər görülməmişdi. Yəni dirçəliş günü noyabrın 17-nə təsadüf olunsa da bu proses 1988-ci ilin fevralından başlayıb.
-Həmin dövrü necə xarakterizə etmək olar?
-İstər milli düşüncənin daha da formalaşması, istər vətənpərvərlik ruhunun alovlanması, istərsə də əhalinin gedən proseslərdən xəbərdar olması və torpaqlarımızın müdafiəsi ilə bağlı bu hərəkat çox böyük tarixi önəm daşıdı. Artıq xalq düşünmürdü ki, bizim qabağımıza Mərkəzi Komitədən hər hansı bir rəhbər şəxs düşsün, təşkilatçılığı o etsin.
- Yəni ənənəvi stereotiplər dağılmışdı..
-Bəli, belə düşüncə artıq tamamilə yox idi. Xalq ilk olaraq özü prosesi başlatdı, özünə güvəndi. Çünki hakimiyyətə qarşı inam itmişdi. Ziyalılar isə bu dalğanı yönəltməklə bağlı işlər gördülər. 1988-ci il dekabrın 4-də Sovet ordusu meydanda mitinqi dağıtdı. Düzdür orada ölənlər olmasa da yaralananalar oldu. Amma bu xalqa daha böyük təkan verdi. Xalqı bu addımlarla qorxutmaq mümkün olmadı. Əksinə xalq daha da ayağa qalxdı və sonrakı proseslər yanvar qırğınına səbəb oldu. Xalq ilkin zərbəni alsa da milli düşüncə o səviyyədə idi ki, qorxudan söhbət belə getmirdi. Həbsxanaya düşmək, ölmək və ya sosial problemlərin yaranacağı, ümumiyyətlə, heç qorxu yox idi. Xalqı düşündürən torpaqlar idi. Xalqı həm də qəzəbləndirən Moskva başdsa olmaqla, SSRİ rəhbərliyinin laqeyd münasibəti idi. Ermənistanın bu hərəkətinə göz yumması, əksinə, azərbaycanlıları qınamasına görə, hərəkat zaman zaman inkişaf etdi.
-Amma dirçəliş rəsmi dövlət bayramı kimi qeyd olunmur...
-Bilrisniz ki, Millli Dirçəliş Günü orta məktəblərdə tədris vəsaitlərində öz əksini tapıb. İkinci KİV-lərdə bununla bağlı verilişlər gedir, yazılar yazılır, tədbirlər keçirilir. Məncə rəsmi dövlət bayramı kimi qeyd olunsa daha yaxşı olar. Bu bayram dövlət səviyyəsində daha möhtəşəm şəkildə keçirilməlidir.
-Yeri gəlmişkən. Bu yaxınlarda Güney Azərbaycanda da maraqlı olaylar baş verdi. Təhqirə dözməyən soydaşlarımız ayağa qalxdılar...
-Güney Azərbaycanda millətimizin təhqir edilməsi tarix boyu farsların türklərə qarşı yeritdiyi siyasətin tərkib hissəsidir. Zaman -zaman farslar azərbaycanlılara qarşı daim belə hərəkətlərə yol veriblər. Farslar daim tarixi saxtalaşdırıblar və çalışıblar ki, Azərbaycan türkü nəinki dilini, ümumiyyətlə, milli kimliyini, mənliyini unutsun. Bu təsadüfi baş verən hadisə deyil, dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Əslində Azərbaycan türkləri tarix boyu farsların yer üzündən silinməsinin qarşısını alıblar. Onların varlığını qoruyub saxlayıb, farsları dövlətçiliyə cəlb edib, mədəniyyətlərinin itirilməsinə imkan verməyib. Farslar daim türk dövlətlərinin tərkibində olublar. XI əsrdən Səlcuqların dövründən Səfəvilər, Əfşarlar, Qacarlar dövründə türklər daim hakimiyyətdə olub. Ondan sonra gələn xanlıqlar dövrünə nəzər yetirək. Bir fars xanlığına rast gəlmək mümkündürmü? Şimal və cənub ərazilər Azərbaycan türk dövlətlərinin tərkibində olarkən heç bir zaman belə təhqiramiz ifadələrə yol verilməyib, assimilyasiya həyata keçirməyib, eyni zamanda, onların mədəniyyətinin inkişafına şərait yaradılıb.
-Bu hadisə Güney Azərbaycan Milli Hərəkatına hansı formada təsir edəcək?
-Fərq etməz, Quzey və ya Güney olsun. Azərbaycan xalqı milli hissinə toxunulmasını heç bir zaman qəbul etməyib və bununla barışmayıb. Buna da əliyalın olsa da tutarlı cavab verib. 1979-cu ildə farslar hakimiyyətə gələndən, molla rejimindən sonra İranın təhlükəsizliyinə təhdid yaranarkən orada çoxluq təşkiul edən Azərbycan türkləri yenə də ayağa qalxıb və öz torpaqlarını qoruyublar. İraq-İran müharibəsini də buna misal göstərmək olar. Yenə də Azərbaycan türkləri öndə gedən insanlar olub. Və yaxud 1979-cu ildə şah rejimi devrilənlə 25 mindən çox Azərbaycan türkü həlak olub. Ona görə də mən, hesab edirəm ki, Güney Azərbaycanda soydaşlarımızın ayağa qalxması təsadüfi hadisə deyil. Azərbaycanlılar həmişə haqq uğrunda mübarizəsini davam etdirib və bundan sonra da etdirəcək...Zamanı gələndə haqq öz yerini tapacaq, soydaşlarımız öz ərazilərinin azadlığına nail olacaqlar, ondan sonrakı dövrdə də bütövləşmə reallaşacaq...

Əli