13:37
896
İranda İsrail və ABŞ ilə hərbi əməliyyatların başlamasından bəri 600-dən çox məktəb zədələnib və ya tamamilə dağıdılıb. Həmçinin 1000-dən çox şagird və müəllim xəsarət alıb və ya həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
BMT-nin İnsan Hüquqları Şurasındakı debatlarda çıxış edən nazir bildirib:
"Bütün İran boyu 600-dən çox məktəb dağıdılıb və ya zərər görüb".
Məryəm Quliyeva