15:59
1 162
İsrailin müdafiə naziri İsrael Katz ordu komandanlığına İran ərazisində yerləşən obyektlərə zərbələri gücləndirmək barədə göstəriş verib.
Xalqcebhesi.az xəbər verir ki, "Ynet" nəşri nazirin sözlərini belə sitat gətirir: "İrana qarşı hücumlar intensivləşəcək və İsrail vətəndaşlarına qarşı silahların yaradılmasında və istifadəsində iştirak edən yeni hədəfləri, rayonları əhatə edəcək".
İsrail rəhbərliyi bu addımla İran rejiminin mövqelərini zəiflətmək və İsrailin arxa cəbhəsinə yönələn raket atəşlərinin qarşısını almaq (çəkindirmək) niyyətindədir.
Məryəm Quliyeva