13:52
1 064
Tehran hazırda Vaşinqtonla hər hansı danışıqlar aparmır, lakin bəzi ölkələr İran və ABŞ arasında vasitəçilikdə maraqlıdırlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Qazaxıstandakı səfiri Əli Əkbər Coukar məlumat verib.
Avrasiya Hökumətlərarası Şurası çərçivəsində jurnalistlərə açıqlama verən səfir bildirib: "Mövcud məlumatlara əsasən, hazırda heç bir danışıqlar aparılmır. Təbii ki, bəzi qonşu dövlətlər maraq göstəriblər və danışıqların bərpasına kömək etmək istəyirlər".
Məryəm Quliyeva