12:35
658
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xarici bazarlara 22 milyon 48 min ABŞ dolları dəyərində 70 min 251 ton gübrə ixrac edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 39%, kəmiyyət baxımından 43,1% azdır.
Hesabat dövründə ölkəyə 19,6 milyon dəyərində 29 min 44 ton gübrə idxal edilib ki, bu illik müqayisədə dəyər baxımından 79,4%, kəmiyyət baxımından isə 23,4% çoxdur.
Qeyd edək ki, cari ilin ilk iki ayında Azərbaycanda 42,9 ton gübrə və azot birləşmələri istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 50,7% azdır.