“Parlament seçkilərində uğur qazanmaq istəyirik” Müsahibə

“Parlament seçkilərində uğur qazanmaq istəyirik”

Əli Babayev:"Ümidimiz var ki, layqli insalarımız Gürcüstan parlamnentində təmsil olunacaqlar"

Gürcüstanda "QAZPROM"la bağlı yaranmış durumdan sui istifadə etmək istəyən siyasi qüvvələr var. Bu barədə "Xalq Cəbhəsi"nə müsahibəsində Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev məlumat verib. O, həmçinin qarşıdan gələn seçkilər, orada yaşayan soydaşlarımızın problemləri və digər məsələlərdən də danışıb.
-Gürcüstanda "QAZPROM"la bağlı yaranan durumdan istifadə etmək istəyən qüvvələr var. Bəzi siyasətçilər və ekspertlər bu durumdan istifadə edərək Azərbaycanla Gürcütanın münasibətlərinə xələl gətirmək istəyirlər. Onlar həmçinin özlərinin reklamını aparırlar. Bilirsiniz ki, Gürcüstanla Azərbaycan ciddi strateji partnyor olan ölkələrdir. Elə bir ölkə yoxdur ki, Gürcüstana Azərbaycan qədər investisiya qoysun. Dəfələrlə demişəm, yenə də təkrar edirəm, necə ki, Azərbaycan Gürcüstana lazımdır, bir o qədər də Gürcüstan Azərbaycan üçün zəruri ölkədir. Ölkələrarası münasibətlərə kölgə salacaq heç bir fikir ayrılğı yoxdur.
-Belə təəssürat yaranır ki, hazırki hökumət Rusiyaya meyllənir və Azərbaycanın Gürcüstandakı maraqlarına zərbıə vurur...
-Məsələ heç də göründüyü kimi deyil. Bəziləri sadəcə belə bir görüntü yaratmağa cəhd edirlər. Hazırda "QAZPROM"la bağlı məsələ gündəmdədir. Siz bilirsiniz, necə ki, Gürcüstan Azərbaycan üçün tranzit ölkə əhəmiyyəti daşıyır, eləcə də Ermənistan üçün də bu əhəmiyyəti daşıyır. Ermənistanı qazla təmin edən "QAZPROM"dur. Gürcüstanın da Ermənistanda öz maraqları var. Gürcüstan bundan istifadə edərək, həm ödənişli, həm də pulsuz olaraq qaz alır. Bu proseslər ildən-ilə dəyişilir, müqavilələr yenilənir. Bəllidir ki, hazırda Gürcüstanla Azərbaycan arasında heç bir problem yoxdur. Bunu cənab prezident İlham Əliyev Gürcüstana səfəri zamanı da bildirdi. SOCAR prezidenti Rövnəq Abdullayev də Gürcüstana səfəri zamanı gürcü nazirləlrə görüşündə yaranmış durumdan çıxış yollarını müzakirə etdilər. Bildirildi ki, bu məsələni yoluna qoymaq üçün imkanlar var. Siz bilirsiniz ki, Gürcüstan hökuməti 300 milyonluq qaz anbarları inşa edir. Azərbaycan tərəfi də bura investisiya qoymağa hazır olduğunu bildirib. Bunu Gürücstanın Azərbaycanla bağlı apardığı siyasətə zərbə kimi dəyərləndirən siyasətçilərin gərginlik yaratması reallığı əks etdirmir.
SOCAR-ın Gürcüstanda apardığı siyasəti müsbət qiymətləndiririk. Xüsusən 300 mindən çox azərbaycanlıların yaşadığı bölgədə həyata keçirilən sosial layihələrin böyük əhəmiyyəti var. Hazırda bu layihələr davam edir. Yollar çəkilir, məktəblər təmir olunur, yaşayış məbtəqələri su ilə təmin edilir, azərbaycanlı tələbələrə təqaüd ayrılır, xəstələrə, əlillərə yardım əli uzadılır. SOCAR təkcə azərbaycanlılara deyil, eləcə də gürcülərə də dəstək verir. Gürcü kilsələri pulsuz qazla təmin edilir. Uşaq evlərinə, müxtəlif federasiyalara dəstək verir. SOCAR Gürcüstanda həm də ən böyük xeyriyyəçidir. Ona görə də SOCAR Gürcüstana investisiya qoyan şirkətlər arasında həmişə liderliyi əlində saxlayır.
-Onda belə çıxır ki, etirazlar əsassızdır...
-Əlbəttə ki, Gürcüstanda da öz siyasi ambisiylaraı olan siyasi təşkilatlar var və onlar da bu durumdan yararlanmaq istəyirlər. Onlardan da biri Milli Hərəkat Partiyasıdır. Halbuki Saakaşvilinin prezident olduğu zaman Gürcüstanın ən önəmli strateji obyektləri – su, elektroenergetika, qızılla bağlı obyetktlər, azot zavodu və digər sahələr Rusiyanın ixtiyarına verilmişdi. İndi isə seçkiqabağı kampaniya aparır ki, Azərbaycanın və Gürcüstanda yaşayan azərbaycanlılaırn dəstəyini qazansınlar. Göstərmək istəyirlər ki, Azərbaycana dəstək olurlar. Digər tərəfdən rusiyameylli kampaniya aparan siyasi partiyalar, QHT-lər, ekspertlər var. Hansı ki, SOCAR-ın fəaliyyətini tənqid edirlər. İstəyirlər ki, "QAZPROM" Gürcüstanda bu sahəni ələ alsın. Gürcüstanln indiki hakimiyyəti kimin dost, kimin düşmən olduğunu yaxşı bilir. Məlumduir ki, Gürcüstanlın ərazisi işğal alındadır və bunun necə baş verdiyi hamıya bəllidir. O da məlumdur ki, "QAZPROM" Rusiyanın apardığı siyasətdə mühüm rol oynayır. Gürcülər SOCAR-la "QAZPROM" arasında fərqli yaxşı başa düşürlər. Anlayırlar ki, SOCAR-ın Gürcüstanda fəaliyyət göstərməsi ilk növbədə Gürcüstanın xeyrinədir. Gürcüstanın çətin günlərinə onun bu vəziyyətdən çıxmasında SOCAR-ın böyük rolu oldu. 2008-ci ildə Rusiyanın işğal etdiyi ərazilərdə Azərbaycan kəndləri də var idi və onlar çox pis vəziyyətə düşmüşdülər, hər tərəfədən təcrid edilmişdilər. Mən SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədova zəng vurdum və durumu bildirdim. Onun tapşırığı ilə biz ora humanitar yardım apardıq. Təkcə azərbaycanlılara deyil, digərlərinə də yardım olundu.
Ona görə də bu proseslərə siyasi don geyindirmək düzgün deyil. Biz Gürcüstanla Azərbaycan arasında münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Xırda problemlərin həll yolunu axtarmnağa isə hər zaman imkan var. Bu Gürcüstanda yaşayan azərbaycanlılardan ötrü əlbəttə ki, sevindirici haldır.
-Hazırda Gürcüsrtan azərbaycanlılarının durumu necədir? Problemlər nədən ibarətdir?
-Gürcüstan azərbaycanlılarının problemləri illər boyu artaraq çoxalıb. Hazırda bu problemlərin həlli istiqamətində iş aparılır. İnfrastruktur layihələri reallaşdırılır. Gürcüstan azərbaycanlılarının yaşadığı bölgələrdə tez-tez oluram, onlarla söhbətlər aparıram. Onlar problemlərinin həlli ilə bağlı razılıq edirlər, stabillik var, əvvəlki kimi terror olayları, torpaqların onların əllərindən alınması kimi hallara rast gəlinmir. Qalan problemlərin də həllinə çalışırıq.
-Soydaşlarımızın siyasi aktivliyi müşahidə olunurmu?
-Soydaşlarımızın siyasi aktivliyi vacibdir. Onların kimə səs verdiklərini bilməsi önəmlidir. Əvvəlki kimi kor koranə tanımadıqları şəxslərə səs vermələri kimi proseslər dayanmalıdır. İstəyirik ki, Gürücstan parlamentində elə adamlar olsun ki, onlar gürcü dilini bilməklə yanaşı, həm də soydaşlarımızın problemlərini daim gündəmə gətirsinlər. Gürcü dilini bilməyən deputat gedib parlamentdə nə edəcək? Gürcüstanda yaşayan azərbaycanlıların mədəniyyəti, dili, tarixi abidələri ilə bağlı addımlar atılmaldıır. Əvvəllər adları dəyişdirilən kəndlərin əvəvlki adları bərpa edilməlidir. Türkiyədə gürcülərin yaşadıqları kəndlərdə gürcü adları geri qaytarıldı. Bu proses Gürcüstanda da aparılmaldır. Hələ ki vətəndaş cəmiyyətinin rolu zəifdir. Proseslərə təsir imkanları azdır, soydaşlarımızın problemləri dərindən öyrəilməli, təşkilatların gücü artmalıdır. Biz istəyirik ki, seçkidə Gürcüstan Azərbaycanlıları Milli Konqresi olaraq aktiv rol oynayaq. Biz istəyirik ki, layiqli deputatımız, bələdiyyəmiz, icra başçılarımız olsun. Prosesləri dərindən bilən, ölkədə olan məsələrdən informasiyası olan kadrlara ehtiyacımız var. Gürcüstan azərbaycanlılarınıın 90 faizi gürcü dlini bilmirlər. Daha çox Azərbaycan və Türkiyə telekanallarına baxırlar. "Gürcüstan Azərbaycanlıları" adlı həm Azərbaydcan, həm də gürcü dlində qəzetimiz çıxır və bu gün üçün bu qəzetin əhəmiyyəti böyükdür. Dinlə bağlı problemlərimiz var. Şiə və sünni ayrı seçkiliyi aradan qaldırılmalıdır. Xarici qüvvələr də var ki, bu prosesdən təxribat yaratmağa çalışırlar. Millətlərarası, dinlərarası, mədəniyyətlərarası parçalanma yaratmaq istəyirlər. Bu istiqamətdə də ciddi addımlar atılmalıdır. Biz tariximizi və vətənimzii qorumalıyıq. Təbii ki meşə çaqqalsız olmaz. Çaqqallar da var və onları yerində oturtmaq lazımdır. Qarşıdan seçkilər gəlir və uğur qazanmaq istəyirik. Ümidimiz var ki, layqli insalarımız Gürcüstan parlamnentində təmsil olunacaqlar.
-Bəziləri Azərbaycan mediasında açıqlama verirlər ki, Gürcüstanda azərbaycan təşkilatları normal fəaliyyət göstərmirlər?
-Bu cür açıqlama verən insanların, təşkilatların Gürcüstanda olan preoseslərdən xəbərləri yoxdur. Belə dezinformsasiya yayan insanlardan xahiş edirəm ki, Gürcüstana gəlsinlər. Orada Gürcüstan Azərbaycanlılarının Milli Konqresi və digər təşkilatların necə fəaliyyət göstərdiyinin şahidi olsunlar. Burada oturub orada fəaliyyət göstərən, iş görən təşkilatlara palçıq atmaq düzgün deyil və heç kimə başucalığı gətrimir. Heç kimin gördüyü işə kölgə salmaq, onun haqqına girmək olmaz. Burada mətbuata açıqlama verərək kimisə fəaliyyətsizlikdə suçlamaq çox asandır. Onlar Gürcüstana gəlsinlər və bizim gördüyümüz işlərin şahidi olsunlar.

Əli