Orban ABŞ-da Trampla Macarıstanın enerji təhlükəsizliyini müzakirə edəcək Dünya

Orban ABŞ-da Trampla Macarıstanın enerji təhlükəsizliyini müzakirə edəcək

Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Rusiya neft və qazından imtina etmək niyyəti fonunda ABŞ-a səfəri zamanı prezident Donald Trampla enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Minskdə Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransın kuluarlarında TASS-ın sualını cavablandırarkən bildirib.

"Bizim enerji təhlükəsizliyimiz Rusiya ilə dürüst və etibarlı əməkdaşlığa əsaslanır. Bu əməkdaşlıq həmişə etibarlı və səmərəli olub. Ona görə də ümid edirik ki, enerji təhlükəsizliyimiz pozulmayacaq. Baş nazirimizin gələn həftə ABŞ-a səfəri zamanı bu mövzuda aparacağımız müzakirənin də uğurlu olacağını gözləyirik", - XİN rəhbəri bildirib. O, ABŞ administrasiyasının Macarıstandakı "enerji vəziyyətinə hörmətlə yanaşacağına" ümid etdiyini bildirib.

Məryəm Quliyeva