Dünya bazarlarında neft ucuzlaşıb İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşıb

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,25% azalaraq 1 barelə görə 64.24 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,23% azalaraq 60.02 ABŞ dollarına bərabər olub.