Nigeriyada mikroavtobus və tanker toqquşub: 12 nəfər ölüb Dünya

Nigeriyada mikroavtobus və tanker toqquşub: 12 nəfər ölüb

Nigeriyanın Kano əyalətində mikroavtobus və tanker toqquşub. Dəhşətli qəzada 12 nəfərin həlak olduğu bildirilib.

Xalqcebhesi.az-ın məlumatına görə, Kano Line mikroavtobus şirkətinin direktoru Əlhaci Sai'du Abdullahi Şuaibu yazılı açıqlamasında bildirib ki, Kano-Qombe magistral yolunun Vudil ərazisində 16 nəfəri daşıyan mikroavtobus tankerlə toqquşub.
Şuaibu qəzada 12 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını bildirib.
Şuaibu yaralıların xəstəxanaya aparıldığını, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.
Şuaibu magistral yollarda, xüsusən də yol tikinti sahələrində daha sərt təhlükəsizlik tədbirlərinin görülməsinə çağırıb.

Məryəm Quliyeva