Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Naxçıvan - Şərqin qapısı”

“Naxçıvan - Şərqin qapısı” Müsahibə

“Naxçıvan - Şərqin qapısı”

Vəfa Qurban: "Naxçıvan həmişə Türkiyə ilə Azərbaycanı və Mərkəzi Asiyanı yəni türk dünyasını birləşdirən qapı funksiyasını yerinə yetirib"

Türkiyə Dokuz Eylül Universitetinin dosenti, tarixçi Vəfa Qurbanın BayMedia-ya müsahibəsi

- Vəfa xanım, ermənilər Haxçıvanla bağlı mütəmadi olaraq iddialarla çıxış edirlər. Bəs tarixi faktlar nə deyir?

- Əvvəlcə bildirmək istəyirəm ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Tarixi arxivə nəzər saldıqda Naxçıvanın qədim Azərbaycan torpağı olduğu həqiqətini görürük.
Ermənilərin bu torpaqlara gəlişi isə XIX əsrdə Osmanlı və İran torpaqlarından edilmiş köçlərlə gerçəkləşib. Təbii ki, ermənilərin ən böyük dəstəkləyicisi əvvəllər Çar Rusiyası, daha sonra isə Sovet Rusiyası olub.
21 mart 1828-ci ildə Çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "erməni rayonu" adlı administrativ idarə qurulub. Polkovnik Lazarev və erməni tərəfdaşı diplomat, yazıçı Qriboyedov bu rayonun sadəcə ermənilərdən təşkil olunması üçün "böyük işlər" görüb.
Çox qısa zaman ərzində yeni qurulan bu rayona İran və Osmanlı torpaqlarından 130 min erməni köçürüldü. Çar administrativ orqanları tərəfindən hərtərəfli yardım və dəstək alan ermənilər Azərbaycan torpaqlarına yerləşdirildilər. 1828-1838-ci illər ərzində Naxçıvan xanlığı ərazisinə 2511 erməni ailəsi köçürüldükdən sonra onların ümumi sayı 12555 nəfərə yüksəldi.
Naxçıvan şəhərinə 434 erməni ailəsi yerləşdirildi. Başda Nehrəm əhalisi olmaqla bir çox kəndlərin əhalisi bu köçlərə öz etirazlarını bildirdilər. Çar hökumət dairələri nehrəmlilərin Araz çayı ətrafındakı torpaqları güc tətbiq edərək əllərindən alaraq "Təzəkənd" adında kənd quraraq yeni yerləşdirilmiş ermənilərə verdilər.
1829-cu ilin əvvəllərində çar generalı Paskeviçin əmri ilə bölgə əhalisi qeydiyyata alındı. Belə ki, İrəvan vilayətində təxmini olaraq 17000 ev, Naxçıvan vilayətində isə 4600 ev və Ordubad bölgəsində 2130 ev var idi.
Hər bir evdə isə orta rəqəmlə 5 nəfər olduğu düşünülürdü. Bu hesablamaya əsasən qeyd olunan vilayətlərdə 118650 nəfərin yaşadığı düşünülürdü. Bunun da 81749 müsəlman, 25131-nin isə erməni olduğu qeydiyyata alınmışdı.
1829-1932-ci illər arasında İrandan köçürülmüş erməni ailələrinin 366 evi (1715 nəfər) İrəvan vilayətinə, 265 evi (1110 nəfər) Naxçıvan vilayətinə və 36 evi (182 nəfər) isə Ordubad bölgəsinə yerləşdirilmişdi.
Bu ermənilər İrəvan vilayətinin 119, Naxçıvan vilayətinin 61 və Ordubadın 11 kəndində məskunlaşdırılmışdılar. İrəvan şəhərinə və ətraf kəndlərinə 4599 ev (23568 nəfər), Naxçıvan bölgəsinə 2137 ev (10652 nəfər), Ordubad və ətraf bölgəsinə isə 250 ev (1340 nəfər) olmaqla ümumi 6949 ev (35560 nəfər) erməni yerləşdirilmişdi.
- Ermənilərin Naxçıvan bölgəsində törətdiləri qətliamlar haqqında nə deyə bilərsiniz?
- 1918-1920-ci illər ərzində Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və ətraf ərazilərində ermənilərin həyata keçirdiyi qətliamlar beynəlxalq problemə çevrilmişdir. Bu qətliamlar əsnasında bir çox qəsəbənin boşaldığını görürük. Naxçıvan, Ordubad, Şərur qəzalarında sadəcə kənd əhalisinin sayında 52 min nəfərin azaldığını görürük, 287 kənd ya tamamilə, ya da qismən yox edilib.
1918-ci ildə "Naxçıvan məsələsi" bir neçə dəfə Zaqafqaziya seymində, 1918-1920-ci illər ərzində dəfələrlə Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti olan Milli Şurada, erməni Milli Şurasında, Osmanlı Türkiyəsinin Parlamentində, Təbriz Bələdiyyə İdarəsində, Maku xanlığında, 1919-cu ildə açılmış Versal Beynəlxalq Sülh Konfransında, 1919-1920-ci illər ərzində Ermənistan və Naxçıvanda fəaliyyət göstərən ABŞ təmsilçiliyində, 1920-1921-ci illər ərzində Azərbaycan SSR və Ermənistan SSR İnqilab komitələrində, 1921-ci ildə RSFSR Xalq Komissarları Sovetinin, eyni zamanda Moskva və Qarsda keçirilmiş beynəlxalq sülh konfranslarında müzakirə obyektinə çevrildi.
Kazım Karabəkirin sözü ilə desək "Naxçıvan - Şərqin qapısı", Mustafa Kamal Paşanın dili ilə desək "Naxçıvan - Türkün qapısı" olmuşdur. Naxçıvan həmişə Türkiyə ilə Azərbaycanı və Mərkəzi Asiyanı yəni türk dünyasını birləşdirən qapı funksiyasını yerinə yetirib. Bütün bu səbəblərə görə, Naxçıvan hər zaman Türkiyə və digər türklər üçün böyük əhəmiyyət daşıyan bölgə olmuşdur. Naxçıvan, bir türk torpağıdır və burada yaşayan xalq ilə Türkiyə arasında güclü əlaqələr var.
Türkiyədəki proseslər Naxçıvana, Naxçıvandakı proseslər də Türkiyəyə təsir edir. Tarixi Moskva və Qars müqavilələri Naxçıvan ilə Türkiyəni bir-birindən ayrılmaz bağlarla bağlamışdır.
Naxçıvanın Azərbaycanın suverenliyi altında olan muxtariyyəti RSFSR ilə Türkiyə arasında imzalanmış Moskva müqaviləsində nəzərdə tutulmuşdur. Naxçıvanın gələcək taleyinin ilk beynəlxalq müqavilədə öz həllini tapması həm o dövrdə, həm də Azərbaycanın hazırkı dövründə böyük siyasi əhəmiyyət daşıyan bir həqiqət olaraq ortaya çıxmışdır.
13 oktyabr 1921-ci il tarixində imzalanan Qars Andlaşması türk dilində, fransız dilində, rus dilində, erməni dilində, gürcü dillində hazırlanmışdır. Müqaviləyə sonradan üç əsas prinsip - sərhəd, Türk - Sovet münasibətləri və Naxçıvan torpağının vəziyyəti əlavə olunmuşdur.
Tarixi saxtalaşdıran ermənilər, vaxt məhdudiyyəti qoyulmadan imzalanmış və təktərəfli ləğvi mümkün olmayan Moskva, Qars müqavilələrinin ləğv edilməsi ilə bağlı ortaya atdıqları gülünc iddialardır.
Erməni siyasətçiləri bilməlidirlər ki, bu müqavilə ləğv olunsa belə Aleksandrapol (Gümrü) müqaviləsi qüvvəyə minəcək. Bu müqavilə də, indiki Ermənistan torpaqlarının böyük qisminin Azərbaycana, Türkiyəyə və Gürcüstana aid olduğunu deyir.
Eyni zamanda Gümrü müqaviləsi Türkiyəni Sovet İttifaqına bağlayan Ərzurum-Bakı dəmir yolunun yenidən fəaliyyət göstərməsini və iki dövlət arasında köklü əlaqələrin qurulmasını nəzərdə tutmuşdur. Hər iki müqavilənin Qafqazda millətlər arasındakı müharibələrə son qoymasını, sülh və dostluğun hakim olacağı bir dönəmin açıldığını, Qars müqaviləsində iştirak etmiş tərəflər öhdəlik götürmüşdür.
- Bildiyimiz qədər bu gün ermənilər gürcülərlə də problem yaşayır. Bu məsələnin mahiyyətində nə durur?
- Ermənilərin torpaqlarına göz qoyduğu xalqlardan bir də gürcülərdir. Şərqşünas Veliçko deyir ki: "Tarixi arxeologiyada ermənilər gürcüləri vicdansızca qətl və qarət etmişlər. Abidələr üzərindəki gürcü yazılarını silmişlər, qədim Ortodoks məbəd və kilsələrini ələ keçirmişlər, qısaca hər daşın Gürcü çarlığının tarixini əks etdirdiyi yerləri qədim erməni torpaqları olaraq göstərməyə çalışmışlar".
XIX əsrin əvvəllərindən etibarən Osmanlı və Qacar dövlətlərinin ərazilərindən ermənilərin Qafqaz regionuna, eyni zamanda indiki Gürcüstan ərazisinə köç etdirildikdən sonra torpaq mülkiyyəti üçün gəlmə ermənilərin yerli gürcülərlə bu günə kimi davam edən münaqişələrinin təməli atılmış oldu.
XX əsrin əvvəllərində ermənilər tərəfindən gürcü torpaqlarının kütləvi ələ keçirilməsi, mülkiyyətləşdirilməsi prosesi başlamış, bu da gürcülərin ali rəhbərliyində ciddi etirazlara səbəb olmuşdur.
Gürcü tarixçisi N.Eristov-Şarvaşidze bu narazılığı belə təsvir edir: "Gürcüstanın ən gözəl bölgələri, yuxarı Kartalini, Axalkali qəzası gürcü xalqı üçün itirildi. Burada Yaxın Şərqdən gəlmiş ermənilər məskunlaşdırılmışdır.
Yüzlərlə məbədimiz və monastırımız, gürcü xalqının sərvəti, minlərlə kənd onların əlinə keçmişdir. Minnət hissi duymadan onlar, gürcü xalqının tarixi mirasına yiyələndilər".
Osmanlı və Qafqaz regionuna yerləşmiş ermənilərin arasında yaşamış və onları yaxından tədqiq etmiş tarixçi Şopen belə yazırdı: "Tamahkarlıq onları intensiv olaraq yalana sürükləyir, bunun üçün də onların əksəriyyəti fikirlərini sözlərlə ifadə etmək əvəzinə, onları gizləməyi seçirlər; onlar yaltaqdırlar, lakin sadiq deyillər və işləri keçən hər kəsi asanlıqla unuda bilirlər".
Gürcü knyazlarından biri ermənilərlə bağlı belə deyirdi: "Şübhəsiz, gürcülər qısa zaman ərzində hiss edəcəklər və başa düşəcəklər ki, üzlərinə qapı açdıqları ermənilərin gürcüləri vicdansızca istismar etməyi qarşılarına məqsəd qoymuş insanlardan biz nə gözləyə bilərik ki?"
Gürcüləri ən narahat edən hadisə ermənilərin dövlətə və özəl mülkiyyətə aid torpaqları qanunsuz yollarla mənimsəməsi idi. Ermənilərin bu qeyri-leqal yollarla torpaqları mənimsəməsi XIX əsrin 50-60-cı illər ərzində intensivləşmişdir.
Erməni təhlükəsi sadəcə erməni mühacirlərin Gürcüstana yerləşdirilməsi ilə qalmamış Eçmiədzin kilsəsindən gələn təlimatlarla erməni rahibləri bütün gürcü katoliklərinə Qriqoryan məzhəbini qəbul etdirməyə çalışmışlar.
Məşhur gürcü şairi İlya Çavçavadze ermənilərin gürcülərə qarşı tarixi-arxeoloji təcavüzlərini belə ifşa etmişdir: "Onlar bizim adımızı rüsvay etməklə, bizi milli ləyaqətimizdən məhrum etmək istəyirdilər. Bizi yox etmək üçün, qanla boyanmış tariximizi, salnamələrimizi, tarixi abidələrimizi inkar etməyə başladılar, müxtəlif fırıldaqlarla öz adlarına çıxmağa başladılar".
Rusiyada çar dövləti süquta uğradıqdan sonra Qafqaz regionunda yaranmış vəziyyətdən istifadə etmək istəyən erməni daşnakları Qərbi Azərbaycan torpaqları sayəsində dövlət qurdular.
Daşnak hökuməti yarandığı gündən etibarən qonşularına qarşı ərazi iddialarına, təxribatlara başladı. Bu vəziyyətdə Ermənistan 14 dekabr 1918-ci ildə Gürcüstan torpaqlarına təcavüz etdi. Britaniyanın köməyi ilə Gürcüstan Axalkali torpaqlarını geri aldı.
Amerikalı tarixçi Samuel, Gürcüstana uduzan Ermənistan üçün yazırdı ki: "Ermənistan öz yaralarını yalamağa və bir başqasının torpaqlarını ələ keçirmək üçün növbəti qurban kimi Azərbaycanı seçmişdir".
Sovet dövründə də ermənilər tərəfindən Gürcüstana qarşı təcavüzkar siyasət daha da mürəkkəbləşir. Erməni "ziyalılarının" iddialarına görə, gürcü kilsələrinin ilk qurucuları və memarları ermənilər olmuşlar. Onlar eyni zamanda tarixi gürcü yazılarının erməni mədəniyyətinin məhsulu olduğunu vurğulayırdılar. Hətta Tbilisi ermənisi Mamulova görə, bütün gürcülər əslində erməni idilər.
XX əsrin 30-cu illərindən etibarən Gürcüstan vətəndaşı olmuş ermənilər kütləvi şəkildə pasportlaşdırılaraq gürcü ad və soyadları almağa başladılar. Görünür ki, erməni rəhbərliyinin gələcək planlarında Gürcüstanı mədəni şəkildə erməniləşdirmənin, gürcülərdən "təmizlənmənin" yollarından biri kimi seçmişdilər.
Əsas digər bir məsələ də Sovet İttifaqı dövründə və sonrakı illərdə də Ermənistanda elə bir qəzet olmamışdır ki, səhifələrində Gürcüstan əleyhinə yazılar olmasın.
XX əsrin sonlarına doğru Ermənistan Respublikası qonşu Gürcüstanın Cavaxetiya bölgəsi ilə bağlı ərazi iddiası qaldırmışdı. Sovet İttifaqının dağılması ərəfəsində ermənilər həm Dağlıq Qarabağa, həm də Cavaxetiya bölgəsinə qarşı hücum planları hazırlamışdılar. Erməni millətçiləri Moskvanın və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsini işğalla başladılar.

Elnur Eltürk