“Türkiyə türk dövlətləri və avrasiya ölkələri ilə siyasi, hərbi və iqtisadi birliyin yaradılmasına getməlidir” Müsahibə

“Türkiyə türk dövlətləri və avrasiya ölkələri ilə siyasi, hərbi və iqtisadi birliyin yaradılmasına getməlidir”

Dünyamalı İmaməliyev: "Türkiyəyə və türk dünyasına qarşı ekspansiyanı, ancaq bu yolla- yenidən dünyanı iki qütbülü güc mərkəzlərinə çevirməklə- xilas etmək olar"

Roma Papası Fransiskin məlum açıqlqmasından sonra diqqətlər Türkiyəyə və türk dünyasına yönəldi. Bəzi ekspertlər bildirir ki, bu, Papanın müstəqil sələndirdiyi fikir deyil. Bu, əslində düşünülmüş siyasətin tərkib hissəsidir və Avropa Parlamentinin bu açıqlamadan sopnra qəbul etdiyi qərar da həmin ssenarinin davamıdır. Götrünən odur ki, Türkiyəni və eləcə də türk- müsəlman dünyasını rahat buraxmayacaqlar. Bəs belə olduqda qardaş ölkə nə etməli, hansı effektiv cavab addımları atmalı, digər türk və müsəlman dövlətləri prosesə hansı qatqıda bulunmaldırlar? Bu məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ideoloji və təbliğat işləri üzrə katibi Dünyamalı İmaməliyevlə söhbətləşdik.
- Doğrudan da bu məsələ son vaxtlar həm Azərbaycanda, həm də dünyada gündəmdə olan məsələlərdəndir. Dşünmürəm ki, bu aşıqlama yalnız Papanın özünün içindən gələn hisslərin məhsuludur. Hazırda dünyada gedən siyasi proseslərə nəzər salsaq görərik ki, dünya siyasətini yönəldə bilən dövlətlərdə geniş bir islamofobiya kampaniyası aparılır. Bu kampaniyanın da başında elə həmin dövlətlər və bir başa Vatikanın özü durur. Bu kampaniyanı isə onların xüsusi xidmətlərinin müsəlman aləminin içərisinə sızdırdıqları müxtəlif təfriqəçi və radikal qrupların hesabına aparırlar. Buna misal olaraq Fransada son vaxtlar gerçəkləşən məlum teror aktını göstərmək olar. Bu terror aktını indiyədək kimin sifariş verdiyi bilinmədi və yəqin ki, bilinməyəcək də. Adətən belə qurbanlıq seçilmiş və beyni yuyulmuş radikallar əslində əmrin kim tərəfindən gəldiyini heç vaxt bilmirlər. Bu bəyənatı verməsi Roma Papası tərəfindən gözlənilən idi. Deyim niyə. Əvvala, bilirik ki, Fransisk Argentinada doğulub və böyüyüb. Argentinada isə ermənilərin böyük diasporası var və onlar saxta soyqirim məsələsini həmin ölkənin parlamentinə çıxarmağa, iki qanun və beş rezalyusiya qəbul etdirməyə nail olublar. Demək olar ki, Fransisk artıq bu sərsəm ideologiyani mənimsəmiş birisidir. Bundan öncə də o, Gürcüstanın patirarxı ikinci İlyaya müraciətində Gürcüstan və Ermənistanı Müsəlman aləminin ortasinda olan oazisə(vahə) bənzətmişdi. Oaziz isə bilirik ki, səhranin ortasinda olan yaşıl sulu cənnət kimi sahəyə deyilir. İndi gəlin özünüz bu bənzətməni qiymətləndirin. Onun bu çıxışını BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Vatikanda olarkən çıxışında kəskin tənqid etdi. Ancaq onlar bunu nəzərə alacaqlarını dilə gətirsələr də nəticədə yenə bildiklərini etdilər. Son vaxtlar erməni lobbisinin Vatikana çox böyük miqdarda yardımı da mətbuatda işıq üzü gördü. Mən deyərdim ki, bu, inandırıcı faktdır.
- Məlumdur ki, Papanın xristian dünyasında böyük nüfuzu var. Bu kontekstdən yanaşsaq onun açıqlaması yönverici tol oynaya bilərmi? Xristian ölkələrinin Türkiyə siyasətinə hər hansı bir formada təsir edəcəkmi? Bundan sonra Avropa Parlamenti də soyqırımı tanıdı, bunu düşünülmüş siyasətin növbəti addımı hesab etmək olarmı?
- Xristian ölkələrinin Türkiyə Cümhuriyyətinə münasibətləri zatən bəllidir. İllərdir ki, Türkiyə Avropa Birliyinə daxil olmaq üçün cəhdlər edir.Lakin bir şeyi unutmaq olmaz ki, Avropa 77 milyonluq bir müsəlman ölkəsini hec vaxt öz içərisinə qatmaz.Yəni bu məsələ bitib. Sadəcə zamanında Türkiyəni Sovetlər dönəmində NATO-ya qəbul etməklə bir sipər kimi istifadə ediblər. İndi isə sovet imperiyası dağılıb və bu yöndən Türkiyə onlar ücün önəmini itirib. İndi həmin dünya calışır Türkiyəni tarixən eyni dil və din qardaşlarindan ayrı salsın və Türkiyəni parcalayıb federativ bir dövlətə çevirsinlər. Çox təəssüf ki hazırki Turkiyə iqtidarının özünə vurğunluğu da buna rəvac verir. Necə ki, Sürix protokollarına imza atdırdılar. Dıgər bir tərəfdən bu iqtidarin Misir və Suriya məsələləridəki yanlış siyasəti qərb qarşısında özünü etibarsız müttəfiq durumuna saldı.
- Bütün bunlar Türkiyəyə necə təsir edəcək, Türkiyə hansı problemlərlə qarşılaşa bilər?
- Bunlar Türkiyəyə təzyiqləri daha da artırmağa başlayacaqlar və calışacaqlar ki, Sürix protokollarını həyata kecirib sərhədləri açdırsinlar. PKK məsləsini daha da qızışdırib Türkiyə Cümhüriyyətini muxtariyyət kimi güzəştlərə getməyə məcbur etmək istəyəcəklər.Yəni təzyiqlər bir necə istiqamətdən gözlənilir.
- Türkiyənin cavab addımı nə olmalıdır?
- Təəssüf ki, hazırki Türkiyə iqtidarı yanlışlarında davam edir. Bunu müxtəlif acılımlar adı ilə millətin başını qatır. Baxaq görək Türkiyə nə etməlidir və nə edir.Türkiyə Ermənistanı və erməniləri anadoluda törətdikləri qırğınlara görə arxivləridəki tonlarla sənədlərlə Beynəlxalq məhkəməyə vermək əvəzinə, Ermənistan prezidenti ilə futbol diplomatiyasına başlayır və həqarətlə üzləşir. Ermənini gətirir baş nazirin müşaviri təyin edir. Və həmin erməni dığası publik olaraq saxta soyqırımı tanıyır. Bundan bir qədərdə "həvəslənən" Davudoğlu cənabları bu saxta soyqirim məsələsini dolayisi ilə faciə adlandıraraq 24 apreldə erməni kilisəsinə gedəcəyini açıqlayır.
Türkiyənin cavab addımı Avropadan əlini üzüb yaxin ətrafı olan türk dövlətləri ilə və avrasiya olkələri ilə siyasi, hərbi və iqtisadi bir birliyin yaradılmasına getməkdir. Bu barədə Qazaxstan prezidenti Nursultan Nazarboyovun da analoji təklifi olub. Düzdür ağır posesdir, ancaq Türkiyəyə və türk dünyasına qarşı ekspansiyanı bu yolla- yenidən dünyanı iki qütbülü güc mərkəzlərinə çevirməklə- xilas etmək olar.
- Azərbaycanın bu məsələdəki mövqeyi qaneedicidirmi, Azərbaycan hansı addımları atmalıdır?
- Azərbaycan özü müharibə vəziyyətində olan, ərazisinin isə 20 faizi işğal olunmuş, şimaldan və cənubdan təzyiqlərə və təhdidlərə məruz qalan bir dövlətdir. Ancaq buna baxmayaraq dövlət başçısının apardığı ağıllı xarici syasəti nəticəsində beynəlxalq birliyin diqqət mərkəzinə düşüb və bölgədə lider dövlətə cevrilib və hər zamanda bütün məsələlərdə qardaş dövlət Türkiyə Cümhuriyyətinin yanındadır və olacaq.
- Digər türk dövlətlərinin susqunluğu nədən qaynaqlanır?
- Bunun bir tərəfdən günahı Türkiyə cumhuriyyətin özündədir ki, zamanında həmin türk respublikaları ilə yaxın ilişkilər qurmayib.İkinci bir səbəbi isə həmin respublikaların əhalisinin də milli şüurunun tam formalaşmaması, yəni hələ SSRİ-nin şinelidən çıxa bilməmələridir. Həmin dövlətlərdə rus dili hələ də məişət dili səviyyəsində qalır. Bu da milli şüurun inkişafına böyük maneə yaradır.
- Yeri gəlmişkən qarşıdan 24 aprel gəlir. BAXCP-nin 24 aprelin Xilaskar Türk Əsgərrinin anım günü kimi qeyd olunması təklifinə münasibətiniz necədir?
- Biz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq 2007-ci ildə bir ilkə imza atdıq. 24 apreli ermənilər saxta soyqirimi kimi kecirdikləri günü, biz BAXCP olaraq xilaskar türk əsgərinin anım günü günü kimi kecirməyi bütün ictaməyyətə səsləndik.O gündən də hər il 24 apreldə BAXCP xilaskar türk əsgərinin abidəsini ziyarət edir .İndi bu məsələdən hamı danışır, amma bilmək lazımdırki, bu ideya BAXCP-yə məxsusdur.Ancaq əsas olanı xalqımızın və hər iki dövlətin bunu bir anım günü kimi qeyd etməsidir.Bir haşiyə cixim, bu bir giley deyil, ərkyana qardaş iradidir.Biz hər dəfə anım gününü kecirəndəTürkiyə səfirliyini də dəvət etmişik.İki dəfə hətta ziyarəti birlikdə kecirmiçik. Ancaq görünür AKP iqtidarına olan tənqidi fikirlərimiz sonradan bizimlə birgə ziyarəti əngəllədi.Ancaq bir şeyi bilmək lazımdır ki,insana iradi onu ən cox istəyənlər edir,cünki irad bildirdikləri məsələlər onları üzür. Qardaş iradından incimək lazım deyil, amma bir məslənı untmayaq ki, bi bir millət iki dövlətik.

Əli