AXCP-nin alternativsiz sədr seçkisi narazılıq yaradıb Siyasət

AXCP-nin alternativsiz sədr seçkisi narazılıq yaradıb

Sahib Kərimli: "Siz artıq, 18 ilin partiya sədri olaraq, 4 prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsız"

Rəfael Becanov: "Əli Kərimlini yaxından tanıyan adamlar onun demokratiyaya hansı məsafədə dayandığını yaxşı bilirlər"

Mehman Muradlı: "Onun təşkil etdiyi toplantıya qurultay demək mümkün deyil"

Mustafa Hacıbəyli: "AXCP-nin qurultayında isə alternativsizlik olduğuna görə seçim olmadı"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçirdiyi qurultay bu təşkilat daxilində ciddi narazılıq yaradıb. Narazılıq sədr seçkisinin alternativsiz olmasına görə ciddi xarakter alıb. İlk etiraz elə partiyanın sədr müavini Sahib Kərimlidən gəlib. O öz facebook səhifəsində yazdığı statusunda seçkini alterbnativsiz və antidemokratik adlandırıb: "Dostlar, bu günə, ciddi basqılar və təhdidlər altında, demokratik vərdişlərin mənimsənilmədiyi bu mühitdə, bu qədəri mümkün oldu. Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, israrla söz ala bildim. Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə namizədliyimi geri götürdüm. Gizli səsvermə ilk növbədə Əli bəyin özünə lazım idi. Qısa ( bu ortamda bu qədəri mümkün idi ) çıxışımdan sonrakı nitqində, guya sədrlikdən getmək istədiyini, lakin siyasi məhbuslara görə bu fikrindən daşındığını söylədi. AXCP fürsəti qaçırdı deyə düşünürəm. Vicdanımın səsiylə, doğru bildiklərimi söylədim, AXCP bundan yaxşı idarəetməyə layiqdir. Mən, Əli Kərimliyə 2018- ci ilin Prezident seçkilərində uğurlar arzu etdim. Və həmçinin qeyd etdim ki, 2018 - ci ildə siz artıq, 18 ilin partiya sədri olaraq, 4 Prezident və 4 parlament seçkilərində məğlub olan siyasi lideri olacaqsız və bundan sonra mən sizinlə partiya sədrliyi uğrunda açıq mübarizə aparacam.
Partiyanın heç bir seçkili orqanında təmsil olunmayacam, sıravi üzv qalacam, bu komanda və zehniyyətlə müsbət nəticələr əldə etmək mümkünsüzdür. Bu müddətdə üzərimdə işləməyə, bilgilərimi artırmağa, ortaq düşüncələrimiz olan dostları tapmağa çalışacam.
Bu gündən müzakirələri birtərəfli qaydada dayandırıram".
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Rəfail Becanov isə deyib ki, Əli Kərimlini yaxından tanıyan adamlar onun demokratiyaya hansı məsafədə dayandığını yaxşı bilirlər. R. Becanova görə, demokratiya və Əli Kərimli – biri-birinə daban-dabana zidd olan anlayışlardır: "Sadəcə demokratiya onun üçün bir imitasiyadır. Lakin, Əli Kərimlinin hərəkət və qərarlarında bu anlayışa heç vaxt yer olmayıb. Ən xırda məsələlərdə belə demokratik düşüncəyə, demokratik dəyərlərə münasibət bir avtoritarın münasibəti səviyyəsində olub. AXCP adına keçirilən qurultayın nəticəsi əvvəldən bəlli idi. Fərqli nəticə gözləməyə dəyməzdi. Əli Kərimli üçün ən maraqlı məsələ sədrlikdir, onun üçün demokratiya önəmli deyil. "Ulduz" filmində Qədrin sədr seçilməyi fraqmenti var. Həmin obrazın dilindən səsləndirilən məşhur bir ifadə var: "Mən Qədirəm, mən sədrəm". Əli Kərimlinin də düşüncəsi bu səviyyədədir. Təəssüf edirəm ki, bəzi fədakar adamlar hələ də AXCP sıralarında qalıblar və onlar Əli Kərimlinin sədrliyi uğrunda mübarizə aparırlar. Ölkədə demokratik dəyərlərin güclənməsi, ölkənin inkişafı uğrunda fəaliyyətləri yoxdur, amma Əli Kərimlinin sədr olmağı, yaxud Xalq Cəbhəsi rəhbəri olması uğrunda mübarizə aparırlar. 15 il sədr olub, nə dəyişib ki, bundan sonra sədr olsun nə dəyişsin? Ancaq Azərbaycan siyasətinə gətirilən, müəllifləri Əli Kərimli və tərəfədarları olan söyüş, təhqir və şantaj janrı inkişaf etdiriləcək".
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, hüquqşünas Mehman Muradlı bildirib ki, Əli Kərimlinin təşkil etdiyi toplantıya qurultay demək mümkün deyil, adam 5 manat müqabilində adamları zala yığıb adını qurultay qoyub. "Bu hal ondan irəli gəlir ki, onun ətrafında demək olar ki, heç kim qalmayıb. Onun sədr "seçilməyi" məsələsinə gəlincə isə deməliyəm ki, adam siyasi alver üçün, özünə daha yaxşı komfortlu həyat tərzi qurmaq üçün Avropa və Amerikada siyasi sığınacaq almaq istəyənlərə illərlə baha qiymətə satdığı AXCP vəsiqəsi hesabına 5 manatlıq adamların vasitəsilə özünü "sədr" elan elədi. Burada tək bir məqsəd var - daha çox pul qazanmaq. Əli Kərimli siyasi partiyayla kommersiya təşkilatını səhv salır. Əgər onun biznes bacarığı varsa, özünü bu sahədə sınaya bilər, nəinki siyasi məhbus adıyla alver etmək", - deyə M. Muradlı qeyd edib.
Müsavat Partiyası Məclisinin üzvü Mustafa deyib ki, AXCP guya demokratik prosedurlarla fəaliyyət göstərən partiyadır: "Ancaq onlar gizli səsvermədən çəkindilər, partiya sədrliyinə alternativsiz seçki keçirdilər". Onun sözlərinə görə, AXCP kimi bir partiya üçün sıradan qurultay keçirilib: "Qurultay ictimai diqqəti cəlb edə bilmədi. Gizli səsvermə olsaydı, təbii ki, maraqlı olardı. Bir il əvvəl Müsavat Partiyası həmin məkanda qurultay keçirmişdi və qurultay ictimaiyyətin marağını cəlb etmişdi. Çünki seçim vardı və o seçimin maraq kəsb etməsi faktı da ortada idi. AXCP-nin qurultayında isə alternativsizlik olduğuna görə seçim olmadı, buna görə qurultay maraqsız keçdi".
Eks-cəbhəçi, AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Ehtiram Mehdiyev deyib ki, Əli Kərimlinin rəhbərlik etdiyi qanadın qurultay keçirməsi düzgun qərar deyildi: "Bu addım ümumi olaraq müxalifətə ziyan vurdu. Əli Kərimli AXCP sədrliyindən kənara çəkilməli, partiyada gənclərə yol verməli idi. Çox təəssüf ki, bunu görə bilmədik". Onun sözlərinə görə, AXCP Etimad Qurultayı təşkilat komitəsinin Əli Kərimli adında problemi yoxdur: "Amma buna baxmayaraq qarşı tərəf fərqli düşünür. Bu adam on illərlə partiya sədri qala bilməz. Bu heç də yaxşı nümunə deyil. Siyasi ambisya, partiya daxili diktatura, bütləşmə, şəxsiyyətə pərəstiş və demokratiya azlığı Əli Kərimlinin timsalında buna imkan vermədi ki, partiya bir olsun. Əli Kərimli partiyanı sözün həqiqi mənasında böldü. Ona görə də hesab edirəm ki, AXCP-nin sonu çatıb. Bu adamın simasında artıq partiya simasızlaşıb".
Siyasi analitik Seymur Süleymanov isə vurğulayıb ki, AXCP qeyri-legitim partiyadır: "Kreslosundan 4-cü dəfə yapışıb duran şəxsin sədrliyi də legitim deyil. Bunu dəfələrlə, AXCP Əli Kərimlinin biznes mərkəzinə dönüb. Partiyada Əbülfəz Elçibəyə aid heç bir əsər-əlamət qalmayıb. Bu qurum artıq Kərimlinin ailə partiyasına dönüb. Əli Kərimlinin dediyi ilə etdiyi arasında heç bir əlaqə yoxdur. Sentyabrın 27-dən AXCP-də növbətə Kərimlizm dövrü başladı. Əli Kərimli istəyir ki, AXCP-də Elçibəy ideologiyası itsin və öz ideologiyası başlatsın. Çünki Əli Kərimli Elçibəy siyasi xəttinə qarşıdır. Kərimlinin isə bir fikri var, Qərbin Anti-Azərbaycan düşüncəsini Azərbaycanda təbliğ etmək. "Sədr" statusu burada böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Əli Kərimlinin postundan getməməsinin iki səbəbi var. Birincisi, Kərimli Qərbdən gələn əmrləri yerinə yetirir və qarşılığında böyük məbləğlərdə pul alır. İkincisi və önəmlisi, nə vaxta qədər Qərbdən Kərimliyə "Get" əmri verilməsə, o getməyəcək". O, əlavə edib ki, qurultayda saxtakarlıq oldub: "Əlbəttə! Səsvermə saxtakarlıqla həyata keçirildi. Orada əyləşənlərin heç bir əhəmiyyəti yoxdur. Kütlə xatirinə onlar orada əyləşiblər ki, ictimaiyyət görsün səsvermədə çox insan iştrak edib. Amma demirlər ki, Əli Kərimli üçün səsvermə, qurultay boş söhbətdir.
Yuxarıda vurğuladığım kimi, Əli Kərimli Qərbin anti-Azərbaycan təbliğatını aparan dairələr üçün lazımlı şəxsdir".
"Əli Kərimli son müsahibəsində prezidentliyə iddiasının olmadığını dedi. Belədirsə, bəs onun əsas iddiası nədir?",- sualını cavablandıran analitik "bəli, Əli Kərimli bu sözü doğru deyib, haqlıdır",- deyə vurğulayıb: "Axı o bilir ki, sədrlik vəzifəsini güclə yerinə yetirir, qaldı ki prezidentlik səlahiyyətləri – bu onun bacara biləcəyi iş deyil. Bilirsiz, Azərbaycan dövlətinə və xalqına Heydər Əliyev kimi böyük siyasətçi başçılıq edib. İndi də, İlham Əliyev bu yolu davam etdirir. Əli Kərimlinin durub prezidentliyə namizəd olması, çox gülünc olardı. Çünki bu yuxudan başqa bir şey deyil".

Əli