“Avropa Parlamenti ilə işləmək lazımdır“ Siyasət

“Avropa Parlamenti ilə işləmək lazımdır“

Mahmud Məmmədquliyev: "Bilmәliyik ki, Avropa iqtisadi cәhәtdәn çox vacibdir, texnologiya, yaxşı idarәçilik oradadır, onlardan çox şey götürә bilәrik"


"Avropa Parlamenti ilə işləmək lazımdır. Ona görə ki, Avropa Parlamenti Avropa İttifaqının bir qurumudur".
Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan parlamenti qərar çıxarıb ki, daha "Avronest"də iştirak etməsin: "Lakin demək olmaz ki, Avropa parlamentində olan hər kəs Azərbaycanın əleyhinə olan qətnamənin lehinə səs verib. Әn böyük partiya olan Avropa Xalq Partiyasının üzvlərinin hamısı qətnamənin əleyhinə çıxıb. Lehinə səs verən parlamentarilərin sayı 300-dən artıqdır, orada isə 700-dən çox parlament üzvü var.
Avropa Parlamentinin bütünlüklə Azərbaycana qarşı olduğunu demək düzgün deyil. Bizim parlamentlərarası əməkdaşlıq qrupumuz var, bu qrupun iclası bir müddətdir, keçirilmir. Düzdür, o qətnamədən sonra biz ümumiyyətlə bir sıra əməkdaşlıq mexanizmlərini dayandırmışıq. Lakin bu bizim parlamentin işidir. Biz yalnız tövsiyə edə bilərik".
Mahmud Məmmədquliyev ölkəmizin ÜTT-yə üzvlüyü ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, lazımi sənədlər hələlik təqdim edilmədiyi üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi uzanır.
Nazir müavini bildirib ki, bu təşkilatın öz qaydaları var: "Sonuncu görüş bu ilin fevralında olub. Onlar qarşımıza suallar, təkliflər qoyublar. Bəzi məsələlərdə bizdən tariflər istəyirlər. Biz hələlik cavab verməmişik. Hələ ki, sənədlər yoxdur. Biz hələ danışıqlar hazır deyilik. Onların istədikləri sənədləri hazır edəndə vaxt təyin edəcəklər, işçi qrupunun görüşü olacaq, ikitərəfli danışıqlar aparılacaq. Bizim məqsədimiz odur ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra danışıqlar aparaq".
Mahmud Məmmədquliyev Azərbaycan-Aİ münasibətləri barədə bunları deyib:
"Avropa İttifaqı ilә aramızda soyuqluğun әsas sәbәbi ondan ibarәtdir ki, indiyә kimi Dağlıq Qarabağ mәsәlәsindә bizә lazım olan mövqeni görə bilməmişik".
O bildirib ki, Azәrbaycan әmәkdaşlıqla bağlı Avropa İttifaqına yeni saziş layihәsi tәqdim edib: "Saziş Aİ ilә Azәrbaycan arasında strateji әmәkdaşlığın qurulmasını nəzərdə tutur. Bu barədə danışıqların başlaması üçün Avropa İttifaqının Xarici Əlaqələr Xidmәti buna mandat vermәlidir. Onların mövqeyi bir qәdәr fәrqlidir, deyirlәr ki, qabaqcadan bir neçә görüş keçirilsin, ümumi müzakirәlәr aparılsın, mandata salındıqdan sonra bu danışıqlara başlamaq olar. Mәn düşünürәm ki, onlar gәlsinlәr, müzakirә edәk, ondan sonra mandat verilsin vә biz rәsmi olaraq bu danışıqlara başlayaq. Әlbәttә ki, tәrәflәr arasında soyuqluq var. Söhbәt yalnız Avropa Parlamentinin qәtnamәsindәn getmir. Tәbii ki, o da öz rolunu oynayıb. Ona görә ki, orada çox yanlış mәsәlәlәr var. Amma soyuqluğun әsas sәbәbi ondan ibarәtdir ki, biz indiyә kimi Dağlıq Qarabağ mәsәlәsindә bizә lazım olan mövqeni görə bilməmişik. Riqa sammitindә bәyan etdilәr ki, "Şәrq tәrәfdaşlığı" ölkәlәrinin әrazi bütövlüyünü, suverenliyini, sәrhәdlәrinin toxunulmazlığını dәstәklәyirlәr. Amma bu münaqişәnin necә hәll olunması ilә bağlı yekun kommünikedә heç bir paraqraf yazmayıblar. Moldova, Gürcüstan, Ukrayna mәsәlәsindә hәm әrazi bütövlüyünü dәstәklәyir, hәm dә mәsәlәnin necә hәll olunmalı olduğunu deyirlәr. Azәrbaycana gәldikdә isә bildirirlәr ki, Minsk Qrupu var və onlar nә qәrara gәlsәlәr, biz dәstәyimizi bildirәcәyik. Amma söhbәt ondan gedir ki, sәnin mövqeyin nәdir? Hansı prinsiplәr çәrçivәsindә bu münaqişә hәll olunmalıdır? Niyә digәr ölkәlәrin münaqişәsindә bunu deyirsiniz, amma Azәrbaycanla bağlı demirsiniz. Eyni zamanda, bildirirsiniz ki, Azәrbaycan bizim üçün çox önəmlidir, Azәrbaycan terrorizmlә mübarizәdә, enerji tәhlükәsizliyindә, multikulturalizmdә çox vacibdir... Ona görә belә soyuqluq var".
Mahmud Məmmədquliyev Tbilisidә keçirilən "Şәrq tәrәfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşündə nazir Elmar Mәmmәdyarovun Aİ-nin komissarı Yohannes Hanla görüşdüyünü söyləyib: "İlin әvvәlindә ola bilsin ki, Federika Mogerininin Azәrbaycana sәfәri həyata keçrilsin. Hesab edirәm ki, bu vәziyyәtdәn çıxmaq lazımdır. Amma eyni zamanda, öz mövqeyimizdә durmalıyıq. Çalışmalıyıq ki, danışıqlar bu strateji çәrçivәdә aparılsın. Amma eyni zamanda bilmәliyik ki, Avropa iqtisadi cәhәtdәn çox vacibdir, texnologiya, yaxşı idarәçilik oradadır. Biz onlardan çox şey götürә bilәrik, amma paralel olaraq Qarabağ mәsәlәsindә tәlәb edәcәyik ki, bizә uyğun mövqe tutsunlar".