22 May 17:35
2 İyul 2025 15:22
2 464
Avropanı təsiri altına alan isti hava dalğası fonunda İspaniyada meşə yanğınları ilə mübarizə davam edir. Kataloniya muxtar bölgəsində yerləşən Lleida vilayətinin kənd ərazisində baş verən meşə yanğını qısa müddətdə geniş əraziyə yayılıb.
Yanğınsöndürənlərin səylərinə baxmayaraq, 6 min 500 hektar ərazi külə dönüb.
Xalqcebhesi.az xəbər verir ki, Kataloniya hökumət başçısı Salvador İlla sosial şəbəkədə paylaşım edərək, Segarra bölgəsindəki yanğında 2 nəfərin həyatını itirdiyini bildirib.
Kataloniya Daxili İşlər naziri Nuria Parlon isə ölənlərin bir fermer və onun işçisi olduğunu qeyd edib. “Təhlükədən qaçmağa çalışdıqları zaman alovlara yaxalandıqları məlum olub,” – deyə o əlavə edib.
Rəsmilər bildiriblər ki, yanğın artıq nəzarət altına alınıb.
Məryəm Quliyeva
22 May 21:59
868
22 May 21:59
1 015
22 May 20:34
1 106