“Səfərdə əsas isitiqamət iqtisadiyyatla bağlı olacaq” Siyasət

“Səfərdə əsas isitiqamət iqtisadiyyatla bağlı olacaq”

Arzu Nağıyev: "Bu, son iki ildə üçüncü görüş olacaq"

"Prezident İlham Əliyevin İrana bu ayın 23-də baş tutacaq səfərində əsas isitiqamət iqtisadiyyatla bağlı olacaq". Bunu politoloq Arzu Nağıyev ölkə başçısının İran İslam Respublikasına səfəri ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, bu, son iki ildə üçüncü görüş olacaq: "Düşünürəm ki, görüşdə neft və qaz, energetika, nəqliyyat və səhiyyə, gömrük sahələrində müzakirələr aparılacaq və layihələr təqdim ediləcək. Bundan başqa özəl sektorun inkişafı ,qeyri -neft sektoruna sərmayələr də gündəlikdə duran məsələlərdəndir. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin görüşdən öncə İranda olması və bir sıra görüş və müzakirələrdə iştirakı da yuxarıdakılar haqda müvafiq təəssürat yaradır. Prezidentlərin görüşlərində geosiyasi məsələlər, o cümlədən regional konfliktlər, siyasi və hərbi problemlər də müzakirə predmeti olacaq".