SEPAH: Cavab zərbəsi ilə ABŞ-nin İordaniyadakı hərbi təyyarələri məhv edilib Gündəm

SEPAH: Cavab zərbəsi ilə ABŞ-nin İordaniyadakı hərbi təyyarələri məhv edilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ABŞ-nin İordaniyadakı hərbi hava bazasında Amerika ordusuna məxsus bir neçə yanacaqdolduran təyyarə və qırıcının məhv edildiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin bəyanatında bildirilib.

"Ötən gecə Amerika ordusu İordaniyadakı bazalarından istifadə edərək növbəti dəfə düşmənçilik xarakterli hərəkətlərə yol verib, böyük hərbi cinayət törədib və İranın cənubundakı Bəndər-Abbas şəhərində bir neçə körpü, yaşayış məhəllələri və su nasos stansiyası da daxil olmaqla mülki obyektlərə zərbələr endirib. Bu hərəkətlərə cavab olaraq, SEPAH döyüşçüləri 'Nəsr-2' əməliyyatının 14-cü dalğası çərçivəsində ABŞ-nin İordaniyada yerləşdirilən qırıcılarına və yanacaqdolduran təyyarələrinə zərbələr endiriblər", — deyə qeyd edib.

Sənəddə iddia olunur ki, İran Silahlı Qüvvələrinin hücumu nəticəsində ABŞ-yə məxsus bir neçə yanacaqdolduran təyyarə və qırıcı məhv edilib, həmçinin bir sıra digər təyyarələrə ciddi ziyan dəyib.

Məryəm Quliyeva