İran Sərhəd Polisindən açıqlaması nəyə xidmət edir? Siyasət

İran Sərhəd Polisindən açıqlaması nəyə xidmət edir?

Elxan Şahinoğlu: "Bu gedişlə, İran-Azərbaycan münasibətlərinin normallaşması çətin ki, mümkün olsun"
Azər Həsrət: "İranla Azərbaycan arasında mübahisəli deyə biləcəyimiz ərazi 400 min kvadrat kilometrdən ibarətdir"
Əlirza Amanbəyli: "Türklər bugünkü İranın qorunmasında uzun illərdən bəri yüz minlərlə şəhid verib"

İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İran və Azərbaycanarasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələyə toxunub. Hüseyn Zülfüqarlı bildirib ki, İran və Azərbaycan arasında Naxçıvan MR-nın Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metr sahə İran ərazisinə birləşdirildi.
Azərbaycan xarici işlər nazirliyi Culfa rayonunda yerləşən 44 metr mübahisəli ərazinin İran tərəfinəverilməsi barədə İran mətbuatında yayılmış xəbərlərə şərh verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu məsələ ilə bağlı heç bir məlumatı olmadığını bildirib. Lakin Elman Abdullaev Azərbaycanın heç kimə bir qarış torpaq verməyəcəyini bildirib.
Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, İran bir tərəfdən sözdə Azərbaycanla münasibətlərin istiləşməsini istəyir, əməldə isə göründüyü kimi təxribat xarakterli məlumatlar yayır: "Bu gedişlə, İran-Azərbaycan münasibətlərinin normallaşması çətin ki, mümkün olsun".
Siyasi şərhçi Azər Həsrət diqqətə çatdırdı ki, birincisi, İranla Azərbaycan arasında mübahisəli deyə biləcəyimiz ərazi hansısa 40-50 kv. metrdən deyil, 400 min kv. kilometrdən ibarətdir: "Bu da hazırda Bütöv Azərbaycanın İran İslam Respublikası sərhədləri içində zorla tutulan Güney Azərbaycan torpaqlarıdır. Təbii ki, o torpaqlar keçmişdə də Azərbaycana aid olub, gələcəkdə də olacaq. Ancaq bu, hazırda dövlətlərimiz arasında mübahisə və müzakirə mövzusu deyil. Necə deyərlər, hər şeyin öz zamanı var. Qaldı ki, son günlər sərhədyanı ərazi mübahisələri haqqında söhbətlərə, bunu dövriyyəyə buraxanların tək bir məqsədi var: Türkiyəylə münasibətlərdə yeni və çox uğurlu bir mərhələ başlamışkən, Rusiyanın öz qonşularına qarşı təcavüzünün açıq müstəviyə keçdiyi bir vaxtda Azərbaycandakı sabitliyi pozmaq, ölkənin başını arzuolunmaz mübahisələrə qoşmaq. Lakin nəzərə alsaq ki, Azərbaycan tərəfi gözlənən açıqlamanı verərək İranla torpaq mübahisəsinin yalan olduğunu bildirib, məncə, mövzunu qapatmaq olar".
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının (AMDHP) Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli vuğuladı ki, İranla Azərbaycan arasında hər hansı bir mübahisəli torpaq məsələsi yoxdur ki, Azərbaycan İrana torpaq versin: "Bu xəbərin yayılmasında yəqin ki İranın antitürk və antiazərbaycan düşərgələr marqlıdır. Bu cür təxribat xarakterli şaiələrin kökündə İran rejiminin özü dayanır. İran rejimi Azərbaycan adlı bir dövləti heç zaman həzm etməyib və etməyəcək də. Bu səbəbdən dolayı İran rejimi və onun havadarları Quzey Azərbaycanı İranın ərazisi hesab edir və bu dövləti himale İran adlandırırlar. Amma əslində İran adlı məmləkət bütövlükdə türklərə məxsusdur. Ona görə ki, tarix boyu o əraziləri türklər idarə edib və qoruyub. Türklər bugünkü İranın qorunmasında uzun illərdən bəri yüz minlərlə şəhid verib. İran adlanan bu torpaqların hər qarışını qazılsa onun altından türk millətinin izi tapılar. Əgər torpaq iddiası varsa o zaman İranın 70 % ərazisi əzəli və əbədi Türk yurdlarıdır və türk millətinin hakimiyyətinin nəzarətinə verilməlidir. Başqa yöndən baxsaq daha ciddi məsələlər ortaya çıxar. Misal üçün İranın Xuzistan vilayəti ərəblərindi, Bəlucistan vilayəti bəluclara məxsusdur, Xorasan vilayəti Türkmənistanın ərazisidir, Şərqi, Qərbi, Həmədan, Ərdəbil, Zəncan və Əlborz vilayətləri də Azərbaycan türklərinindir. Kirman, Rəfsəncan, İsfahan və Şirazın Qaşqay Türklərini çıxmaq şərtilə yerdə qalan səhralıqlar "farsistan" ola bilər".

Əli