ABŞ-dan dəstək gəldi Siyasət

ABŞ-dan dəstək gəldi

Daha əvvəl Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış separatçı rejimin tanınmasına çağıran HR 1580 qətnamə layihəsinin müəllifləri qismində iştirak etmiş ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının üzvləri Pet Qardner və Demetrius Duqlas bu məsələ üzrə Azərbaycanın ABŞ-dakı səfirliyinin etirazına cavab olaraq ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova məktub ünvanlayıb.
Bu barədə səfirliyin yaydığı məlumatda deyilir.
"Corciya ştatının qanunvericiləri məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim edilən informasiyaya görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edirlər və bəyan edirlər ki, məsələni daha dəqiq nəzərdən keçirdikdən, eləcə də ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq barədə öyrəndikdən sonra HR 1580 qətnamə layihəsinə dəstəklərini geri çağırmaq qərarına gəliblər. P.Qardner və D.Duqlas fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyiblər", - deyə səfirliyin məlumatında bildirilir.