“Dindarlardan siyasi məqsədlər üçün istifadə etmək qəbuledilməzdir” Siyasət

“Dindarlardan siyasi məqsədlər üçün istifadə etmək qəbuledilməzdir”

Tahir Abbaslı : "Milli Şura bu vaxta qədər din və dindarlar mövzusunda tədbirlər keçirməyib"

"Azərbycanın hər bir vətəndaşının Allaha və onun dininə mütləq inamı var. Sadəcə kimisi dinin buyurduqlarına nisbətən artıq riayyət edərək, həyat tərzini və dini düşüncələri ilə yaşayır, kimisi isə dili və qəlbində izhar edir. Demək harada insan (toplum) varsa, orada Allah var". Bu İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı səsləndirib. O hesab edir ki, dindarlardan siyasi məqsədlər, şəxsi maraqlar üçün istifadə etmək qəbuledilməzdir: "Dində dini radikallıq termini yoxdur. Din həlimlik, haqq-ədalət, səxavət, mərhəmət, bağışlamaq və s. insanların həyat tərzini gözəlləşdirən,ona saflıq və səfalıq gətirən xoş xüsusiyyətləri təlqin edir. Din radikallığı aşkar düşmən olan şeytana və öz nəfsinə yönəldir. Bu nöqteyi nəzərdən əgər insanlarıın düşünməli və öyrənməli bir şeyi olacaqsa mitinqlərdə olmaq zərutəti yaranır və yaxşı hal hesab edirəm. Yox, əgər öz fikirlərini sırımaq və insanları düşünməkdən məhrum edəcəksə, uğur-filan olmayacaq. Əksinə təkkəbürlük, istehza, yalan, qəzəb, nifrət və s. böyük günahlar ayaq açıb düşmənçiliyə gətirəcək. Şeytan da sui istifadə edib, hər kəsin fatihəsini oxuyacaq. Kimisi bu dünyada, kimisi də axirətdə və kimisi də həm bu dünyada həm də axirətdə cəzalarını alacaqlar. Sonuncuya xüsusən lider iddiasında olanlar mübtəla olcaqlar. Bir şeyi də qeyd etmək yerinə düşər ki, vətandaşlarımız zehinlərində Allaha inandıqları kimi, şeytanın varlığına inanmalıdırlar. Özü də insanların haqq və düz bildiyi yolda pusquda durub, azdırmağa çalışır. Belə mitinq və tədbirlərdə istənilən təxribatlar yaratmağa ustad və alimdir".
O "Allaha çox şükür ki, ölkəmiz və dövlətimiz var və bu bizlərə böyük nemətdir",- deyə əlavə edib: "Vətandaşlarımızın sınaqlardan və imtahanlardan çıxması üçün hər cür şəraitimiz də var. Bu nemətləri qorumaq üçün ağlımızı işlədib, mümkün olan qlobal problemlərdən və xətalardan qaçmaq haqqında ciddi düşünməliyik. Fürsətdə duran düşmənlərin (güc ölkələrin və xüsusən hər vaxt arxadan bıçaq vuran qonşu Ermənistan) təxribat törətməsinə imkan verməməliyik. Hər bir vətandaş hamılıqla araşdırma-təhlil edib, ölkə daxili və xarici siyasi-iqtisadi və hərbi hadisələri ağıl süzgəcindən keçirməlidir ki, lazım olan anda, lazım olan yerdə var qüvvəsi ilə ölkəmizə və dövləçiliyimizə Allaha xatir mübarizəyə hazır olsun. İndi dost itirən vaxtımız deyil. Böyük düşmənləri təyin edib, ona qarşı elliklə, milliliklə müqavimət göstərmək haqqında daha çox düşünməliyik. İmam Əli (ə) müxlifətdə 25 il qaldı və heç vaxt üsyankarlıq etmədi. Əksinə öz gözəl əxlaq-mənəviyyatı, ədəb-mərifəti. əqidə-etiqadı ilə gözəl nümunə olub, iqtidardakıların hidayət olunması üçün var qüvvəsi ilə dövlətinə xidmət etdi və gələcək nəsillərə nümunə oldu. Hədisdə hz. Əli (ə) buyurub: "Ağıllı insan pislə yaxşını ayran yox, ikisinin arasından pisliyi az olanı seçən insandır". Başqa bir hədisdə İmam Əli (ə) buyurub: "Müsəlmanlar bir-birilərinə ya mömün (qardaş) kimi, ya da Allahın yaratdıqları kimi yanaşmalıdılar. Hə ikisi (mömün və Allahın yaratdğı) kimi baxsalar daha gözəl olar".
O bildirib ki, bir dəstə sönük insalar xalqı düşünməkdən məhrum etməklə məşğuldur: "Bilərəkdən ya bilməyərəkdən fərq etməz. Təssüflər olsun ki, Milli Şura bu vaxta qədər din və dindarlar mövzusunda tədbirlər keçirməyib, həmçinin mövqe bildirməyib. Düzdü zahiri görüntüdə bir neçə hacı orada təmsil olunurlar. Amma bu böyük amallar üçün mübarizə edənlər üçün bu cür gedişlər kifayət deyil. Hətta Qarabağ Azadlıq Təşkilatının təşkil etdiyi "Qarabağ və din" mövzusundakı tədbbirlərə qatılmırlar. Bu bizim indiyə kimi Milli Şuranı hərəkətində müşahidələrimizdən görünür. Milli Şura barışdırıcı mövqedən istər müxalifət və istərsə də dini təfəkkürdə olan insanlar arasında birliyə yönəlik ciddi bir addımlar atmayıb. Ona görə belə tətdbirlərdə dindarların iştirakını onların saylarını çox göstərmək xatirinə atılan addımlar hesab etmək olar".