“Sosial yardımların dayandırılması cəmiyyətdə əlavə gərginliyə yol aça bilər” Siyasət

“Sosial yardımların dayandırılması cəmiyyətdə əlavə gərginliyə yol aça bilər”

Qüdrət Həsənquliyev: "Təklif edirəm ki, ehtiyac meyarının həcmi minimum yaşayış həddinə çatdırılsın"


"Bu gün biz "Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üzrə büdcə" layihəsini, eyni zamanda, ümumilikdə gələn ilin dövlət büdcəsini müzakirə edirik. İlk öncə mən də Milli Məclisin sədri Oqtay Əsədova minnətdarlıq edirəm ki, iki gün ərzində dövlət büdcəsinin müzakirəsi zamanı tənqidi ruhda müzakirələrin aparılmasına, təkliflər verilməsinə kifayət qədər imkan yartadıldı". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin dünən keçirilən plenar iclasında səsələndirib. Millət vəkilinin sözlərinə görə, Milli Məclisin sədri Oqtay Əsədov həm də onu təmin edib ki, hökumət üzvləri həm millət vəkillərini, həm də ictimaiyyəti narahat edən məsələlərlə bağlı məlumatlar veriblər, ictimaiyyəti də, millət vəkillərini də məlumatlandırıblar: "Əlbəttə, bu çox müsbər haldır və parlamentin imicinin yüksəldilməsinə xidmət edən məqamdır. Amma dünən (dekabrın 7-də-red.) Sosial Müdafiə Fondu tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı çox hörmətli həmkarımız çıxış etdi və bildirdi ki, bu sahədə, xüsusilə ünvanl sosial yardımların çatdırılması istiqamətində şəffaflıq lazımınca təmin olunmayıb, neqativ hallar var, buna görə də sosial yardımların verilməsi ümumiyyətlə, dayandırılmalıdır. Yəqin xatırlayırsınız ki, zaman- zaman parlamentdə məsələ qaldırılırdı ki, kimlərə ünvanlı sosial yardımlar verilirsə, həmin şəxslərin siyahısı internetdə qoyulsun. Yəni insanlar baxsınlar ki, bunun qonşusunun həqiqətən də ünvanlı sosial yardım almağa haqqı çatır, yoxsa yox? Ünvanlı sosial yardım ədalətli verilir, yoxsa yox? Amma bu məsələlər parlamentdə səsləndirilən zaman əlbəttə, çox təəssüf ki, buna reaksiyalar verilmirdi. Bu cür, yəni ünvanlı sosial yardımların verilməsində şəffaflığın olmaması və neqativ hallar barədə çıxış həmin zaman edisəydi daha qərəzsiz və ədalətli görsənərdi , qəbul olunardı. İndi Səlim müəllim də burdadır və ona görə də daha rahat danışmaq olar. Mən çox istərdim ki, bir şox nazirliklərdəki şəffaflıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki kimi təmin olunsun. Bilirsiniz ki, Səlim müəllim o vəzifəyə təyin olunandan sonra həqiqətən də o siyahılar dərc olundu. Növbədə kimlərin olduğu bilindi və ev alanların siyahısına nəzarət gücləndi. Əlillər, digər kateqoriyadan olan şəxslər, o cümlədən sosial yardım alanları da bura əlavə etmək olar".
Qüdrət Həsənquliyev sual larla çıxışına davam edib:"Bundan başqa bu gün bizdə hansı sahədə nöqsanlar yoxdur? Harada vəziyyət ideladır? Ümumiyyətlə, ideal vəziyyət varmı? Tək bizdə yox, dünyanın hansısa bir yerində. Haradasa nöqsanlar varsa, o nöqsanların aradan qaldırılması istiqamətində konkret təkliflər verilmlidir ki, necə edək şəffadlığı daha da artıraq. Məsələn, bizim Rabitə Nazirliyində neqativ hallar aşkarlanıb. Onda gəlin Rabitə Nazirliyinin maliyyələşdirilməsini dayandıraq ki, orada neqativ hallar baş verib. Yəni düşünürəm ki, bu cür məntiq qəbul olunmazdır, xüsusilə indiki məqamda".
Millət vəkili əlavə edib ki, son zamanlar devalvasiyanın, iqtisadi böhranın nəticəsi olaraq bəzi müəssisələr bağlanır. Onun fikrincə, işsizliyin artdığı bir zamanda əgər biz sosial yardımları da dayandırsaq bu, cəmiyyətdə əlavə bir gərginliyə yol açmış olar: "Onsuz da çətin vəziyyətdə yaşayan insanları biz bu cür çıxışlarla daha da stres altında saxlayırıq. Daha da stres yaşamasını şərtləndirirk. Ona görə də düşünürəm ki, bu məsələnin indiki məqamda gündəmə gətirilməsi tamamilə ədalətsiz bir yanaşmadır. Mən əslində təklif edirəm ki, ehtiyac meyarının həcmi minimum yaşayış həddinə çatdırılsın. Heç olmasa ehtiyac meyarı pensiyaçılar üçün müəyyənləşən 130 manat hədd çərçivəsinə qaldırılsın".
Qüdrət Həsənquliyevin sözlərinə görə, rayonlarda insanlar var ki, - xüsusilə də sosial yardım alanlar – onlar ayın əvvəlini gözləyirlər ki, aldıqları müavinətlərin hesabına gedib mağazalarda yaranan borc dəftərlərindəki borclarının bir hissəsini ödəyə bilsinlər: "Borc dəftərləri ilə bağlı hər kəs yoxlama apara va bunu təsdiqləyə bilər. Bəzi kənd yerlərində insanlar artıq unu vedrə ilə almağa başlayıblar. Buna görə də düşünürəm ki, insnalar üçün əlavə qıcıq, stres yaradacaq təkliflərdən, çıxışlardan uzaq olmalıyıq.
Başqa bir məsələ də dünən (dekabrın 7-də -red.) burada səsləndirildi. Yenə də bizim çox hörmətli həmkarımız məsələ qaldırdı ki, hökməti əvvəl tərifləyənlər niyə indi tənqid edirlər? Bu məntiqi də heç cür qəbul etmək olmaz. Hökumətin hansısa addımları hansısa deputat tərəfindən doğru hesab olunursa onu tərifləyir. Hesab edirsə ki, hansısa addım tənqid olunmalıdır, onu da tənqid edir. Kimsə, yaxud mən hökumətin hansısa addımnı doğru hesab edib onu tərifləmişəmsə, deməli yanlış hesab etdiyim heç bir qərarı tənqid etməməliyəm? Yəni burada məntiq yoxdur. Özü də bu təklifi səsələndirən dostlarımızın özü təklifi səsləndirdiyi çıxışında kifayət qədər tənqidi məqamlara yol veriblər. Tənqidlər də var,r təkliflər də. Düşünürəm ki, Milli Məclis demokratk bir qurumdur. Dünyanın gözü burdadır. Burada tənqid də, təklif də olacaq, konstruktiv şəkildə müzakiələr də gedəcək, kim nəyi doğru, düzgün hesab edirsə öz fikrini bölüşəcək. Bu, inanın ki, cəmiyyətin də, hökumıətin də xeyrinədir. Yəni burada ciddi narazılıq üçün əsas görmürəm. Amma sonda bir daha bu məsələyə qayıdıram. Mən bilirəm ki, maliyyə çətinliyi var. Amma biz ciddi şəkildə düşünməliyik- hazırda o iş yerini itirən insanlara heç olmasa işsizliyə görə müavinətlər verə bilək ki, cəmiyyətdə əlavə bir gərginlik yaranmasın. Çox istərdim ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıliyi də, hökümət də çox ciddi düşünsün və bu ehtiyac meyarını heç olmasa bizim pensiyaçılar üçün müəyən olunmuş yaşayış minimumu həddinə çatdıraq. Minimum nə deməkdir? Yəni bir insanın yaşaması üçün bu məblğ minimumdur. Biz o zaman minimumdan aşağı bir ehtiyac meyarı da müəyyənləşdirdik. Düşünrəm ki, bu ehtiyac meyarı ilə minimumun birləşdirilməsi daha doğru olardı".