“Fransa prezidentinin ikiüzlülük etməsi təəccüblü deyil” Siyasət

“Fransa prezidentinin ikiüzlülük etməsi təəccüblü deyil”

Elçin Xalidbəyli: "Çünki Fransa siyasəti elə ikiüzlülükdən və riyakarlıqdan ibarətdir"
Qabil Hüseynli: "Onun İrəvanda verdiyi açıqlamalar səfərin faydalarını sıfıra endirdi"

Fransa prezideti Fransua Olland Azərbaycana sməfrəindən sonra Ermənistana getdi və burada ikiüzlü açıqlamalar verdi.
Erməni KİV-nin yaydığı məlumata görə, bu barədə Fransa prezidenti Fransua Ollanda Yerevanda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, rəsmi Paris regionda sülh və dostluq münasibətlərinin qurulmasını istəyir: "Fransa həmişə Ermənistanın yanında olacaq". Fransua Olland Ermənistan və Fransa arasında tarixi əlaqələrin olduğunu xatırladıb. O, həmçinin Fransa həyatında erməni diasporunun oynadığı vacib rolu xüsusilə vurğulayıb. Fransa prezidenti bir daha bəyan edib ki, o, 2015-ci il aprelin 24-də "erməni soyqırımı"nın 100-cü ildönümündə İrəvana səfər edəcək.
O, həmçinin bildirib ki, Qarabağ münaqişəsinin gerçək həllini tapmaq vacibdir. Olland bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır. O, atəşkəs sazişinin imzalanmasını 20-ci ildönümünün tamam olduğunu xatırladaraq bunun problemin həlli olmadığını söyləyib: "Münaqişə davam edir və minlərlə insanın həyatına son qoyub. Problemin gerçək həllini tapmaq lazımdır. Fransa etimad tədbirlərinin gücləndirilməsi yollarının axtarışı üçün Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazırdır".
Olland Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı çıxışını da şərh edib. O qeyd edib ki, bu məsələyə öz qiymətini çoxdan verib: "Hər zaman müsbət məqamları görməyə çalışıram, lakin yalnız bir qərar ola bilər "soyqırımın tanınması". Olland Türkiyənin uydurma "erməni soyqırımı"nı tanımasının vacibliyini vurğulayıb.
Bu ikiüzlü açıqlımaları siyasi ekspertlər şərh ediblər.
Siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, əvvəla Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaza səfəri zamanı ikiüzlülük etməsi qətiyyən təəccüblü deyil: "Çünki Fransa siyasəti elə ikiüzlülükdən və riyakarlıqdan ibarətdir. Fransa prezidentləri üçün də ikiüzlülük və riyakarlıq bir siyasi normadır. Buna əmin olmaq üçün Fransanın Fransua Ollanddan əvvəlki prezidentlərinə diqqət yetirə bilərsiniz. Siyasət bir tərəfə qalsın, bu adamlar heç şəxsi həyatlarında belə səmimi və dürüst deyillər. Bu adamların ailə həyatındakı fırıldaqları, həyat yoldaşlarına qarşı çeşidli xəyanətləri Qərb mətbuatında əsas gündəm mövzusudur. O ki qaldı, Fransa prezidenti Fransua Ollandın Ermənistanda Türkiyəni qondarma "erməni" soyqırımını tanımağa çağırmasına, bu da siyasi və tarixi riyakarlıqdır. Birincisi, Fransa və bu dövlətin prezidentləri beynəlxalq məhkəmə rolunu oynamaq hüququna malik deyillər. Digər tərəfdən, Fransanın dünya tarixində baş vermiş və ya baş verməmiş hadisələr haqqında siyasi, hüquqi, xüsusilə də mənəvi qərar verməyə haqqı yoxdur. Əslində, burada Türkiyə siyasətinin ürkəkliyi də rol oynayır. Çünki Fransa prezidentləri hər dəfə qondarma "erməni" soyqırımı barədə danışarkən, rəsmi Ankaranın da dərhal fransızların yadına onların Əlcəzairdə və Ruanda da törətdiyi real soyqırımı salmaq lazımdır. Və bildirmək lazımdır ki, əvvəlcə qoy Fransa öz tarixi cinayətlərini - Əlcəzair və Ruanda soyqırımlarını tanısın. Fransanın və bu dövlətin prezidentlərinin "erməni sevgisi"nə gəldikdəsə, bu, yalnız və yalnız fransızların tarixi türk düşmənliyindən qaynaqlanır. Yəni Fransanın türk düşmənçiliyi ermənilərin himayə olunmasını və onların sərsəm iddialarının israrla dəstəklənməsini stimullaşdırır".
Politoloq Qabil Hüseynli bildirib ki, Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfəri nəticə verməyə bilər: "Onun İrəvanda səsləndirdiyi firkirlər rəsmi Bakını məyus etdi. Qondarma erməni soyqırımı muzeyini ziyarət etməsi, jurnalistin uyğun sualına cavab olaraq "mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik deməmişəm" ifadəsini işlətməsi səfərin faydalarını sıfıra endirdi". Qabil Hüseynli əlavə etdi ki, Olland həm Avropa Birliyinin, həm də Fransanın enerji maraqlarını təmin etmək üçün Azərbaycana səfər etdi: "Amma onun İrəvandakı hərəkətləri enerji danışıqlarını səmərəsiz edə bilər. Qafqazda Avropanı enerji ilə təmin edəcək ölkə Azərbaycandır. Bunun qarşılığında Avropa bizə nə verir? Rusiya Avropanı qazla imtahana çəkir. Azərbaycan isə sadəcə, ədalət, obyektiv yanaşma tələb edir. Onu da eləmirlər. Olland bu səfəri zamanı riyakar açıqlamaları ilə yadda qaldı. Azərbaycanda bir, Ermənistanda başqa cür danışdı. Xeyr ola? Nə baş verib? İrəvanda deyir ki, ermənilərlə fransızlar bacı-qardaşdır. Azərbaycanda isə "siz inkişaf edirsiz, enerji resurslarınız çoxdur" kimi açıqlamalar verir. Açığı, Ollandın çıxışları məni çox əsəbləşdirdi". Qabil Hüseynli bildirib ki, bu arada Amerikanın münaqişənin həllində aktivliyi diqqəti cəlb edir: "Amerikalı həmsdər Ceyms Uorlikin münaqişənin həllilə bağlı təklif etdiyi 6 bəndlik təkliflər paketi "beynəlxalq hüquq normalarına tam uyğundur" demək mümkün deyil. Sənəddə ərazi bütövlüyü məsələsi tam əksini tapmayıb. Referendumun keçirilməsi, xüsusilə də Dağlıq Qarabağa keçici statusun verilmısi Azərbaycanın maraqlarına uyğun deyil. Keçici status o deməkdir ki, Dağlıq Qarabağ referendum keçirilənə qədər Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayacaq. Uorlikin təkliflərində yeganə müsbət şey Azərbaycanın təcavüzə məruz qalmasının qeyd olunmasıdır. Amma təcavüzün detalları öz əksini tapmayıb. İşğalın kim tərəfindən həyata keçirildiyi sənəddə göstərilməyib. Ermənistan Azərbaycanı işğal edib. Ölkəmizə 350 milyard dollardan artıq ziyan vurulub. İşğal faktına qiymət verməmək Dağlıq Qarabağın ilhaq edilməsinin de-yure tanınması deməkdir. 1920-ci ildə Ermənistan öz ərazisini Azərbaycanın hesabına 9 min kvadrat kilometrdən 26 min kvadrat kilometrə çatdırdı. Daha sonra isə ərazimizin 20 faizini də işğal etməklə təxminən 20 min kvadrat kilometr ərazini ələ keçiriblər. İmperialsit dövlətlərin səyi nəticəsində sürünə-sürünə Böyük Ermənistan dövləti yaradılır". Politoloqun fikrincə, Dağlıq Qarabağda dövlət yaratmaq beynəlxalq hüquq normalarını açıq şəkildə pozmaqdır: "Ermənilər bir dəfə öz müqəddəratını həll edib. Dağlıq Qarabağda cəmi 70 min erməni yaşayır. Parisdə, Los Ancelsdə yaşayan ermənilərin sayı daha çoxdur. Onda Amerika və Fransada yaşayan ermənilərin də müqəddəratı həll olunsun. Krımda yaşayan 20 milyonluq tatarın, 10 milyonluq başqırdın müqəddəratından danışan yoxdur. Əgər Qərb sivilizasiyalararası qarşılıqlı təmasların qurulmasından danışırsa, o zaman özlərinə xas olan steoretiplərdən azad olmalıdır".
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Fransua Ollandın bu fikrləri səsləndirməsi normaldır: "Olland bir neçə ay bundan öncə Türkiyəyə rəsmi səfəri zamanı da belə bəyanatla çıxış etmişdi. Burada qeyri adi heç nə görmürəm. Məlum məsələdir ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Onların parlamentində kifayət qədər erməni əsilli deputatlar var. Bu səbəbdən də Fransa prezidentinin belə fikirlər səsləndirməsi normal haldır. Fransa Ermənistan münasibətləri hər zaman yüksək səviyyədə olub. Xatırlayırsınızsa, Nikolya Sarkozi Avropa dövlətlərinə mesaj göndərmişdi ki, Türkiyə Avropa İttifaqının üzvü ola bilməz. Yəni bu ənənəvi haldır. Burada qeyri adi bir məsələ yoxdur".

Əli