“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
14:02
980
Türkiyə Böyük Britaniyadan alacağı 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi üçün 5,4 milyard funt sterlinq məbləğində ödəniş edəcək.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, təchizat çərçivəsində 20 ədəd yeni istehsal “Eurofighter Typhoon” təyyarəsi, bu təyyarələrə aid tapşırıq avadanlıqları və müxtəlif növ sursatlar daxil olmaqla, layihənin ümumi dəyəri təxminən 5,4 milyard funt sterlinqdir.
Açıqlamada həmçinin bildirilib ki, Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarının qarşılanması məqsədilə Qətər və Omandan təmin ediləcək “Eurofighter Typhoon” təyyarələri ilə bağlı işlər də davam etdirilir.