“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
14:13
1 134
Türkiyə Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Ahmet Demirok və ailəsi Türkiyə Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümü şərəfinə təntənəli qəbul təşkil edib. Tədbirdə xarici ölkələrin Aşqabaddakı səfirləri, Türkiyə vətəndaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Türkmənistan hökuməti adından Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Höcəmirat Geldimuradov tədbirdə iştirak edib. Mərasimdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Sonra səfir Ahmet Demirok Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Respublika Günü münasibətilə türk xalqına təbrikini oxuyub. Sonra Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Höcəmirat Geldimuradov çıxış edərək qardaş türk xalqını bu mühüm bayram münasibətilə səmimi qəlbdən təbrik etdi və qeyd etdi ki, bu tarixi “qardaş türk xalqının müstəqillik, iqtisadi və mənəvi inkişaf, quruculuq səylərini simvollaşdırır”.
O, çoxəsrlik mədəniyyətə və ortaq köklərə əsaslanan dövlətlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, iqtisadi əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirib: "Türkiyə Respublikası ilə ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafı Türkmənistan üçün prioritet sahələrdən biridir. Hazırda ölkəmizdə 200-ə yaxın türk şirkəti uğurla fəaliyyət göstərir. Bu, qarşılıqlı etimadın və əməkdaşlığa yüksək marağın sübutudur".
Baş nazirin müavini qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə, mədəni-humanitar əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Sonra qonaqlara səmimi qarşılanma təqdim olunub, Aşqabaddakı türkmən-türk birgə məktəbinin şagirdlərinin çıxışları dinlənilib.
Cavid