TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur Dünya

TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur

“TÜRKPA Plus Avropa Parlamenti”, “TÜRKPA Plus ATƏT PA” kimi əməkdaşlıq formatlarını tətbiq edə bilərik.

Bunu Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən APA-ya müsahibəsində deyib.

“Qəbələ deklarasiyasında da göstərildiyi kimi, Türk Dövlətləri Təşkilatı bu il yeni bir əməkdaşlıq formatı qəbul etdi. Bu, “Türk Dövlətləri Təşkilatı Plus” adlandırdığımız əməkdaşlıq modelidir. Biz eyni modelin “Türk Dövlətləri Parlament Assambleyası Plus” olaraq qəbul olunmasını təklif etmişik. Türkiyənin xarici işlər naziri cənab Hakan Fidan bunu yüksək qiymətləndirdi və qeyd etdi ki, “TÜRKPA Plus Avropa Parlamenti”, “TÜRKPA Plus ATƏT PA” kimi əməkdaşlıq formatlarını tətbiq edə bilərik”, - Ramil Həsən bildirib.

Onun sözlərinə görə, bu addım beynəlxalq parlamentlər arasında daha effektiv tərəfdaşlığa yol açacaq: “Bu formatların tətbiqi fəaliyyətimizə böyük töhfə verir və beynəlxalq parlamentlərin daha səmərəli əməkdaşlığını təmin edir. Həmçinin, dezinformasiyaların aradan qaldırılmasına və parlamentarilər vasitəsilə ölkələrimizin milli maraqlarının müdafiəsi ilə bağlı lazım olan mesajların sürətli şəkildə çatdırılmasına imkan yaradır. Bu mexanizm üzərində artıq işləyirik. Noyabr ayında ATƏT PA çərçivəsində koordinasiya toplantısı keçiriləcək”.