“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
16:44
903
Səkidə sərnişin daşıyan mikroavtobus ağaca çırpılıb, xəsarət alan var.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Baş Zəyzid avtomobil yolunun Orta Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək həkim briqadasına təhvil verilib və Şəki xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qəza zamanı mikroavtobusda sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.