Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
17:53
966
“Rusiya-Ukrayna müharibəsi elə bir həddə çatıb ki, artıq burada tərəflərin nəinki atəşkəs, sülh, hətta artıq cəbhələşmə prosesi başlayıb və tərəflər həm də psixoloji müharibə içərisindədir. Yəni bir var cəbhədə qarşı-qarşıya döyüşürlər, amma indi həm Rusiya Ukraynanın dərinliklərindəki, həm də Ukrayna Rusiyanın dərinliklərindəki strateji obyektləri vurub sıradan çıxarırlar”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
S.Hümbətovun qeyd etdiyinə görə, bu, əslində, psixoloji basqı amili kimi də dəyərləndirilə bilər: “Belə olan halda əgər müharibə bu dərəcədə dərinliklərə gedirsə, artıq hansısa bir formada obyektlərin sıradan çıxması, qarşılıqlı təhdidlərin və döyüş əməliyyatlarının aparılması baş verirsə, biz nəinki atəşkəsdən danışa bilmərik, burada heç atəşkəsə yaxın düşmək amili də yoxdur. Həm ABŞ, həm Qərb ölkələri, yəni Avropa İttifaqı və digər ölkələr, həm də Çin və digərləri artıq tərəf tutmaq prosesini həyata keçirirlər. Son dövrlər ABŞ-dən və Qərbdən gələn açıqlamaların özəyini bu, təşkil edir. Daha çox Ukraynaya yeni silahların verilməsi, onun Rusiya qarşısında immunitetinin artırılması və s. məsələlər həyata keçirilir. Bunlar o deməkdir ki, müharibənin ən qızğın vəziyyətində tərəflər öz yanında olan dövlətləri necə qoruyub saxlamaq istəyini ortaya qoyur. O baxımdan düşünürəm ki, burada atəşkəsin olacağı ehtimalı olduqca az görünür”.
Röya İsrafilova