“Azərbaycan da təşkil olunmuş hücumlara məruz qalır” Siyasət

“Azərbaycan da təşkil olunmuş hücumlara məruz qalır”

"Postmodernist cəmiyyət mərhələsindən sonra hazırki mövcud mərhələ informasiya cəmiyyəti mərhələsi kimi xatakterizə olunur. Məhz informasiyanın yumşaq güc vasitəsi kimi nə qədər effektiv bir vasitə olduğunu yaxşı bilən hegemon güc mərkəzləri ondan milli dövlətlərə qarşı təzyiq rıçağı kimi istifadə edirlər". Bunu millət vəkili Hikmət Babaoğlu bildirib: "Bu azmış kimi bəzən belə təzyiqlər sistemli və koordinasiya edilmiş formada təşkil olunur. Qlobal imperializmə baş əyməyən bir sıra müstəqil dövlətlər kimi Azərbaycan da bəzən belə təşkil olunmuş hücumlara məruz qalır. Ona görə də belə hallarda milli media institutu kimi səciyyələndirdiyimiz milli mətbuatımız maraqlarımızın ən effektiv müdafiəçisi kimi çıxış etməyi bacarmalıdır və bunu da edir. Çünki transmilli medianın hücumuna qarşı ən etibarlı müdafiə vasitəsi elə milli mediadır.
Avropa İttifaqının təmsilçiləri ilə görüşdə bu məsələyə toxunan Prezident İham Əliyev əslində milli mediamızın fəaliyyətini müsbət qiymətləndirərək onu milli maraqları müdafiə edən müstəqil ictimai institutu kimi qiymətləndirdi. Prezident qeyd etdi ki, media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Bu sözlər istər Avropa Şurası rəhbərliyi tərəfindən ölkımiz haqqında səsləndirilən haqsız fikirlərə, istərsə də bəzi transmilli media qrumlarında Azərbaycan haqqında qərəzli tənqidə milli mediamızın obeyktiv reaksiyasının prezident tərəfindən qiymətləndirilməsi kimi başa düşülməlidir. Dolayısı ilə mediamız çevik və effektiv üsullarla üzərinə düşən vəzifəni yerinə yetirməyi bacarır. Daima dövlətimizin qiqqəti və qayğısı ilə əhatə olunduğunu hiss edən mətbuatımız elə belə də davranmalıdır. Hər zaman öz intellektual və peşəkarlıq keyfiyyətini artırmalı, milli təhlükəsizliyimizin əsas komponetlərindən biri olan informasiya təhlükəsizliyimizin təmin olnumasında başlıca institusional qurum kimi çıxış etməyi bacarmalıdır".