Hesablama Palatasının təklifləri nəzərə alınmalıdır Siyasət

Hesablama Palatasının təklifləri nəzərə alınmalıdır

Qüdrət Həsənquliyev: "Büdcə vəsaitini xərcləyən şəxslər belə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmayaraq da istifadə edə bilərlər"

"İlk növbədə Vüqar Gülməmmədova öz təşəkkürümü bildirirəm. Həqiqətən də o və onun komandası ölkədə maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində əllərindən gələni edirlər. Hesabatla tanış olanda görürük ki, doğurdan da hökumətdəki nüfuzundan və yerindən asılı omayaraq maliyyə hesabatlarının təhlili zamanı bütün dövlət orqanlarınnda bu və ya digər nöqsanlar, o cümlədən qeyd olunduğu kimi səhmdar cəmiyyətlərdəki çatışmazlıqlar da aşkar olunub".
Bunu Milli Məclisdə Hesablama Palatasının 2017-ci ilə dair hesabatına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir: "Hər il Hesablama Palatasının hesabatı ilə tanış olduğumuz və müzakirə etdiyimiz zaman ciddi maliyyə pozuntularına yol verildiyinin şahidi oluruq və bu istiqamətdə vəziyyət müsbətə doğru dəyişmir. Yoxlama aparılan elə bir obyekt yoxdur ki, orada az, yaxud çoxluğundan asılı olmayaraq nöqsanlar aşkarlanmasın. Əlbəttə bəzi nöqsanların aradan qaldırılması istiqamətində Hesablama Palatası müəyyən işlər görür, təkliflər verir, cinayət xarakterli əməllər barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Respublika Prokurorluğuna materiallar göndərilir. Amma son nəticələr ürəkaçan deyil. Şübhəsiz ki, müəyyən vəsait yenidən dövlət büdcəsinə qaytarılır. Mən əvəllər də söyləmişdim, bu gün də bu məsələni qaldırıram, bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər, yəni büdcə vəsaitini xərcləyən şəxslər belə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmayaraq da istifadə edə bilərlər".
Qüdrət Həsənquliyev bildirib ki, əgər bu faktlar digər nəzarətedici orqanlar tərəfindən aşkarlanarsa, ən pis halda həmin vəsaiti qaytarıb yerinə qoyacaqlar və bununla da məsuliyyətdən azad olunacaqlar: "Mövcud qanunvericiliyə və hüquq fəlsəfəsinə görə, əgər hər hansı bir formada mənimsənilmiş, yaxud düzgün istifadə olunmamış vəsait aşkarlanırsa həmin şəxs mütləq ciddi cinayət hüququ və ya inzitam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyəti yüngülləşdirilən hal kimi cəza tətbiqi zamanı nəzərə alına bilər, amma həmin şəxsi məsuliyyətdən azad etməməlidir. Hesab edirəm ki, bu artıq dövlət siyasəti olmalıdır və təkcə Hesablama Palatasına aid olan məsələ deyil. Mən bir məsələyə də diqqət yetirmək istəyirəm. Hər dəfə Hesablama Palatası büdcə layihəsi ilə bağlı rəy verərkən, yaxud hökumətin hesabatına rəy verərkən müxtəlif büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Maliyyə hesabatlarının təhlili, debitor və kreditor borclarla bağlı nöqsanlar göstərilir, mühasibat uçotunun düzgün aparılmaması ilə bağlı qeydlər verilir. Amma bütün bunların aradan qaldırılması ilə bağlı təklif vermir. Bu gün də hörmətli Vüqar müəllim qeyd elədi ki, onlar bu və ya digər məsələlərin gələcəkdə baş verməməsi üçün Naziurlər Kabinetinə müxtəlf təkliflər verirlər. O cümlədən müzakirə olunan hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müəyyən təkliflər var. Biz Hesablama Palatasının hər dəfə büdcə layihəsinə verdiyi rəylə tanış olarkən, görürük ki, orada dəyərli təkliflər yer alıb. Amma həmin dəyərli təkliflərin hansı hissəsi nəzərə alınır? Ümumiyyətlə, hesab edirəm ki, qanunvericiliyə verilmiş təklifləri parlamentin müvafiq komitələrində mütləq müzakirəyə çıxarmaq lazımdır. Əgər təkliflər qəbul olunmayacaqsa, deməli qəbul olunmayacaq, qəbul olunacaqsa, o zaman onları qəbul etmək lazımdır. Zənnimcə, Hesablama Palatası növbəti hesabatlarda həm də bizə məlumat verməlidir ki, onların verdiyi təkliflərin hansı hissəsi parlamentin özü, yaxud Nazirlər Kabineti, yəni hökümət tərəfindən nəzərə alınır. Yox, əgər buna əhəmiyyət verən yoxdursa, o zaman bu təklifləri verməkdə məqsəd nədən ibarətdir? Əlbəttə, mən sənədin qəbul olunmasına səs verəcəyəm və hesab edirəm ki, Hesablama Palatası bundan sonra da öz işini daha yüksək səviyyədə davam etdirəcək".
Millət vəkili "Hesablama Palatası haqqında" qanunun müzakirələri zamanı da fikirlərini bölüşüb: "Öncə 6-ci maddə ilə bağli fikirlərimi bildirmək istəyirəm. Burada 6.0.3-cü bənddə qeyd olunur ki, Hesablama Palatası həmçinin dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr verir. Hesab edirəm ki, dövlət vəsaitindən necə istifadə olunmasına dair məsələ daha çox siyasi hakimiyyətə aid olan məsələdir. Sadəcə, Hesablama Palatası ali audit orqanı kimi maliyyənin xərclənməsi zamanı qanunlara necə əməl olunmasına nəzarət edir. Ona görə də dövlət vəsaitlərindən necə istifadə etməyin lazım olması barədə tövsiyə vermək Hesablama Palatasının səlahiyyətlərinə aid olan məsələ deyil. Bu səbəbdən də 6.0.3-cü bəndin sonuncu söz birləşməsi layihədən çıxarılmalıdır. Bundan başqa, 7-ci maddə "Hesablama Palatasının vəzifələri" adlanır. Burada biz Hesablama Palatasının hesabatını dinləyərkən hörmətli Vahid Əhmədov qeyd elədi ki, biz Hesablama Palatasının səlahiyyətlərini genişləndirməliyik. Bəli, mən də bu barədə düşünürəm və hesab edirəm ki, bu doğrudur. 7.0.3.10-cu bənddə Hesablama Palatası daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə əməl olunması xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəlikərin icrası qeyd olunur".
Millət vəkili onu da vurğulayıb ki, dövlət borclarının götürülməsi zaman Hesablama Palatasının rəy verməsinə ehtiyac var: "Palata həmin səhmdar cəmiyyətin, yaxud fondun vəsait götürərkən maliyyə vəziyyətini yoxlamalıdır və rəy verməlidir ki, götürülən vəsait geri qaytarıla biləcək ya yox. Bunun əsasında da büdcəni bölüşdürən orqan kimi Milli Məclis və hökumətin Hesablama Palatasının rəyi əsasında həmin borcun götürülməsi ilə bağlı müvafiq qərarı olmaldır. Biz nə ilə üzləşirik? Bəzi hallarda səhmdar cəmiyyətlər borc götürürlər, sonra borcu qaytara bilmirlər və biz məcbur olub həmin borcların qaytarılması ilə bağlı yenidən büdcədən əlavə vəsait ayırmalı oluruq. Ona görə ki, o borclar dövlət zəmanəti ilə götürülüb. Düşünürəm ki, burada 7-ci maddəyə belə bir bəndin əlavə olunmasına çox böyük ehtiyac var. Daha sonra, 8-ci maddədə Hesablama Palatasının hüquqları qey olunur. 8.0.14-cü bənddə deyilir ki, palata kadr potensialının gücləndirilməsi ilə bağlı tədbirləri həyata keçirir. Hesablama Palatası yoxlama apardığı hər hansı bir dövlət orqanında kadr potensialını necə gücləndirə bilər? Hesab edirəm ki bu müddəa ümumiyyətlə buradan çıxarılmalıdır. Başqa bir vacib məsələ Hesablama Palartasının üzvləri ilə bağlı olan hissədədir".
Millət vəkili qanunun 11.3-cü maddəsində Hesablama Palatasının üzvləri ilə bağlı məsələyə də yenidən baxılmasını tövsiyə edib: "Qanunun mətnindən belə görünür ki, Palata üzvləri sədr, müavinləri və 7 auditordan ibarətdir. Bu 9 nəfərin 3-nü hakim partiya verməlidir, 3-ü bitərəf, 3 nəfəri isə azlıqda qalan partiyalardan olmalıdır. Necə ki, biz MSK-nı formalaşdırırıq, burda da eyni qayda tətbiq olunmalıdır və cənab sədr tərəfindən də onlar Milli Məclisin müzakirəsinə çıxarılıb burada təsdiq olunmalıdır. Bir çox ölkələrdə büdcəyə nəzarət komitəsi var və komitənin üzvlərinin yarısı, bəzi hallarda sədri də azlıqda qalan partiyanın nümayəndələri olur ki, nəzarət mexanizmi daha effektiv formada təmin edilsin. 14.1.4-cü maddədə isə qeyd olunur ki, Hesablama Palatasının struktur bölmələrinin əsasnamələrini, ştat sayını, gəlir və xərclər smetası üzrə bölgü və dəyişiklikləri təsdiq edir. Kollegial orqanı olduğuna görə, bu sədrin səlahiyyətlərinə aid olan məsələ deyil. Biz kollegial orqanlarla təyinatlı icra orqanlarını qarışdırmamalıyıq. Ona görə də bu cür məsələlərin hamısı Hesablama Palatasının kollegiyasında təsdiq olunmaldıır. Bu birbaşa sədrə aid olan məsələ deyil".
Millət vəkili Ələt Azat İqtisadi Zonası ilə bağlı qanun layihəsinə münasibət bildirib: "Burada əmək qaydaları ilə bağlı məsələyə diqqət çəkmək istəyirəm. Layihədə nəzərdə tutulur ki, guya azad iqtisadi zona daxilində əmək münasibətləri başqa qaydada tənzimlənə bilər. Bilirsiniz ki, əmək hüquqları beynəlxalq hüquqla tənzimlənir. Əmək Məcəlləsində də beynəlxalq standartlar nəzərə alınıb. Bundan başqa qaydalar, insanların, əməkçilıərin yalnız ziyanlarına ola bilər. Ona görə də bu konstitusiyaya ziddir. İkinci məsələ azad iqtisadi zonada ətraf mühitin mühafizəsi ilə bağlıdır. Ətraf mühitin mühafizəsi də beynəlxalq qanunlarla tənzimlənir və bizim milli qanunvericilikdə də öz əksini tapıb. Belə çıxır ki, orada ətraf mühitin çirklənməsinə daha böyük imkanlar yaradılacaq. İmkan yaradılmayacaqsa deməli mövcud qanunlar ətraf mühitin mühafizəsini təmin etmək üçün yetərlidir. Bundan başqa mübahisələrin həlli ilə bağlı olan məsələyə də diqqət çəkmək istəyirəm. Konstitusiyaya görə, vətəndaşların məhkəməyə müraciət etmək hüququ var və o hüququ heç kəs vətəndaşın əlindən ala bilməz. Bir də məsuliyyətin məhdudlaşdırılması ilə bağlı qanuna yeni bir termin əlavə olunur ki, bu da kobud ehtiyatsızlıq məsələsidir. Əlbətdə qanun digər müddəları ilə normal qanundur. Birinci oxunuşda da söyləmişdim ki, bu qanunda da məqsəd odur ki, xarici sahibkarlar gəlsinlər, buraya investisiya qoysunlar, pul qazansınlar və dövlət bundan faydalansın. İqtisadi məsələlərlə bağlı müxtəlif güzəştlər nəzərdə tutla bilər. Amma insan hüquqları, təbiət, əmək hüquqları ilə bağlı heç kimə, o cümlədən xarici şirkətlərə güzəşt nəzərdə tutula bilməz. Bu fundamental hüquqlardır. Bu insan hüquqları məsələsidir. Burada biz xarici investorlar üçün hansı güzəştləri nəzərdə tuta bilırik? Ona görə də, hesab edirəm ki, konstitusiyaya zidd olduğuna görə, buna səs verə bilmərik".

"Uşqaların boy artımı və qidalanmasında ciddi problemlər var"

Qüdrət Həsənquliyev ölkənin dərman idxalından asılılığına da diqqət çəkiv və qeyd edib ki, Səhiyyə Nazirliyini bu məsələ ciddi narahat etməılidir: "Bununla bağlı Səhiyyə Nazirliyi hökumət qarşısında məsələ qaldırmalıdır. Mən Səhiyyə nazirinin müavinin burada olmasından istifadə edərək, bu məsələni bir daha onun diqqətinə çatdırıram: Hökumət müəyyən stimullaşdırıcı tədbirlər görməldiir ki, təkcə İranın deyil, Avropanın, yəni inkişaf etmiş ölkələrin dərman istehsal edən müəssisələri ilə birgə biz Bakıda, Azərbaycanın digər bölgələrində bu işləri görək və ölkənin dərmandan asılılığına son qoyaq. Bu yaxınlarda biz Təhsil Nazirliyinin fənnlər üzrə olimpiada qaliblərinin mükafatlandırılması mərasimində iştirak etdik. Əlbəttə, müsbət və təqdir olunası bir hadisə idi. Amma mükafatlandırılan uşqaların böyük əksəriyyəti sağlamlıq baxımından problemli uşaqlar idi. Onların bəzilərinin hətta beli də əyilmişdi, bir dəri, bir sümük idilər. Çəkiləri az, bəzilərinin boyu normadan xeyli aşağı... Orada millət vəkili Rəşad Mahmudov da iştirak edirdi. Biz onunla və digər həmkarlarımızla gözümüz önündə olan bu mənzərəni müzakirə etdik. Dövlət bu məsələnin üzərində ciddi düşünməldiir. Mən bir dəfə də bu məsələni qaldırmışam. Azərbaycanda uşqaların boy artımı və qidalanmasında ciddi problemlər var və hökumətin bununla əlaqədar sistemli tədbirlər görməsinə ehtiyac duyulur".

Əli