“Azərbaycan bütün regionu əhatə edən layihələr həyata keçirir” Siyasət

“Azərbaycan bütün regionu əhatə edən layihələr həyata keçirir”

"Ümumiyyətlə Azərbaycan bütün regionu əhatə edən layihələr həyata keçirir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) da Azərbaycan xüsusi əhəmiyyətə malikdir. Həmin təşkilata üzv olan ölkələrin bir çoxu da Azərbaycanın beynəlxalq layihələr həyata keçirməsində strateji tərəfdaşıdır". Bunu millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə, Gürcüstan, Ukrayna ilə bir çox məsələlərdə həm iqtisadi cəhətdən, həm də birgə iş qurmaq baxımından maraqları üst-üstə düşür: "Ona görə də düşünürəm ki, Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində o təşkilatın daha da aktivləşməsinə və regionda yeni-yeni layihələrin həyata keçirilməsinə yardımçı olmağına çalışacaq. Bu baxımdan baxanda QDİƏT-nın da Azərbaycanın birbaşa regional maraqları çərçivəsində olan layihələrin həyata keçirilməsində, eyni zamanda təşkilatın üzvlərinin bu layihələrə cəlb olunmasında, onların bu layihələrdən fayda götürməsində ölkəmizin quruma sədrliyi böyük imkanlar yaradacaq".
Qeyd edək ki, iyunun 27-də Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında quruma sədrlik Azərbaycana keçib.