“ABŞ məcbur qalıb Türkiyənin tələblərini qəbul edəcək” Siyasət

“ABŞ məcbur qalıb Türkiyənin tələblərini qəbul edəcək”

"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İsraildən sonra Türkiyəyə səfəri demək olar ki, siyasi fiaskoya uğradı. İlk növbədə Boltonun İsraildə Suriyadan çəkilməklə Türkiyənin YPG terror təşkilatını qoruması ilə bağlı bəyanatı, Ankaranın hissiyyatına toxunmaqdır". Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu açıqlamdan sonra, onun Türkiyə səfəri reallaşmamalı idi: "Çünki gözlənildiyi kimi danışıqlar baş tutmadı, hətta prezident Ərdoğan onunla görüşdən imtina etdi. Qeyd edim ki, Boltonun Türkiyəyə və şəxsən Ərdoğana qarşı anti-patiyası var. Ona görə də səfər edəcəyi və müttəfiqi olan bir ölkəyə qarşı təhlükəsizliyini təhdid edən açıqlama verməsi Ankaraya hədə mesajıdır. Göründüyü kimi, Bolton Türkiyəni danışıqsız tərk etməli oldu. Halbuki, Bolton səfərində Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiya və Türkiyə əlaqələri, Ankaranın Fəratın şərqinə planlaşdırdığı əməliyyat müzakirə olunacaqdı. Türkiyənin əsas qayğılandıran probelmi olan YPG ABŞ-ın dəstəyi davam etdiyi üçün Anakara bu danışıqlara ehtiyac duymayıb. Ümumiyyətlə Bolton İsrail, Türkiyə və ABŞ üçbucağı formalşdırmağa gəlmişdi. Amma onun YPG-ni qorumaq kimi bəyanatı bu planı alt-üst etdi.
Türkiyənin YPG-yə qarşı planlaşdırdığı hərbi əməliyyat reallaşacaq. ABŞ məcbur qalıb, Türkiyənin tələblərini qəbul edəcək. Türkiyəni itirmək, ABŞ-ın Yaxın Şərqdən çıxması demıkdir. Nə İsrail, nə də Səudiyyə Ərəbistanı heç vaxt Türkiyənin siyasi və hərbi yerini tuta bilməız. Ona görə ki, bu iki ölkə Vaşinqtonun protektorluğunda olan ölkələrdi. Ağ Evdən idarə olunurlar".