“2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu” Siyasət

“2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu”

Oqtay Əsədov: "Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib"

Dünən Milli Məclisin yaz sessiyasının beşinci plenar iclası keçirilib. İclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxil edilib. İclasda Baş nazir Novruz Məmmədov və hökumət üzvləri də iştirak ediblər. Hökumətin hesabatını Baş nazir Novruz Məmmədov təqdim edib.
Spiker Oqtay Əsədov parlamentin dünən keçirilən plenar iclasında çıxışında deyib ki, 2018-ci il ölkəmizin sosial siyasət həyatında ciddi il olub: "Ölkə başçısının Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu. Bu islahatların nəticələri göz qarşısındadır. Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib".
Spiker söyləyib ki, cari ilin əvvəlində minimum əmək haqları, təqüdlərin, pensiyaların, artırılması və digər sosial addımlar Azərbaycanda həyata keçirilən uğurlu siyasətin, islahatların nəticəsidir. Aparıcı beynəxlalq təşkilatlar tərəfindən də Azərbaycanda həyata keçirilən islahatların yüksək qiymətləndirildiyini deyən O. Əsədov söyləyib ki, Dünya Bankının hesabatında ölkəmiz əvvəlki hesabatlarla müqayisədə 22 pillə irəliyib: "Digər hesabatlarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşb. Ötən il bir sıra uğurlu layihələrin icrası ilə yadda qalıb. İqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə diqqət daha da artırılıb. 2018-ci ildə valyuta ehtiyatlarımız artaraq 45 milyarda çatıb".
İclasda çıxış edən Baş nazir Novruz Məmmədov deputatları Novruz Bayramı münasibətilə təbrik edib: "Novruz bayramı günləri ərəfəsindəyik. Novruz bayramı Azərbaycan üçün niyyət, istək bayramıdır. Xalqımız buna çox bağlıdır. Fürsətdən istifadə edib, deputatları Novruz bayramı münsaibətilə təbrik edir, hər birinizə can sağlığı arzu edirəm". N. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı qarşımızda duran əsas prosesdir: "Bu işin həyata keçirilməsində sizə uğurlar arzu edirəm…".
Daha sonar millət vəkilləri hesabatı müzakirə ediblər.
Deputat Fəzail Ağamalı deyib ki, ötən ilin ən mühüm və uğurlu hadisəsi Prezident İlham Əliyevin yenidən xalqın etimadını qazanaraq dövlət başçısı seçilməsi oldu: "2018-ci il Azərbaycanın idarəçilik sistemində uğurlu il olub". O bildirib ki, büdcənin formalaşmasında həlledici rol oynayan dərin islahatların 2018-ci ildə davam etdirilməsi nəticəsində şəffaflıq təmin olundu: "Bu, sahibkarlar arasında da inam mühiti yaratdı. Kənd təsərrüfatına innovativ yanaşma aqrar sektorla məşğul olanlarda fəallığa səbəb oldu. Maliyyə sabitliyi təmin olundu".
Fəzail Ağamalı bir neçə təkliflə də çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda torpaq fondunun 47 faizi şoranlaşmış vəziyyətdədir. Bununla bağlı qanunun hazırlanmasına ehtiyac var. O bildirib ki, ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün də bank sistemi sağlamlaşdırılmalıdır. Deputat vurğulayıb ki, sığorta maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür: "Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. Xarici borclar alaraq iqtisadiyyatımızın inkişafına təkan verməliyik. Çünki inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur. Amma bu onların iqtisadi inkişafına mane olmur".
Deputat Siyavuş Novruzov deyib ki, 2018-ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub: "Bu gün bizə təqdim olunan hesabatda müəyyən məsələlərə toxunulub. 2018-ci ilin hesabatını ilk növbədə Azərbaycan xalqı özü verib. Xalqımızın 2018-ci ildəki prezident seçkilərində ulu öndər Heydər Əliyev yoluna səs verərək, Prezident İlham Əliyevi dəstəkləməsi artıq 2018-ci ilin hesbatına verilən qiymət idi".
O bildirib ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatalara nəzər yetirsək, iqtisadiyyatın daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və yeni infrastrukturun yarandığını görərik: "Ötən il Nazirlər Kabinetində böyük ishatalar keçirildi. Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. İqtisadiyyatımızın inkişafına, sosial məsələlərin həllinə mane törədən strukturlar ləğv edildi, zəruri, təlabatı olan yeni strukturlar formalaşdı və bu gün formalaşmaqdadır".
Siyavuş Novruzov qeyd edib ki, Prezident tərəfindən son aylarda imzalanan sərəncamlar, verilən qəraralar 2019-cu ilin dövlət büdcəsində əvvəlcədən öz əksini tapmışdı:
"Həm sosial, həm iqtisadi sahədə, həm də problemli kreditlərlə bağlı məsələlərlə bağlı atılan addımlar dünyanın heç bir yerində atılmır. Azərbaycanda həyata keçirilən bütün işlər əhalinin sosial rifah halının yaxşılaması üçündür. İnsanlar da bunu başa düşür və öz prezidentlərini dəstəkləyir, iqtidar-xalq birliyi nümayiş olunur".
Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənlərin bu islahatlara kölgə salmaq istədiklərinə təssüfünü ifadə edən deputat qeyd edib ki, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: "Bir daha qeyd edirəm ki, həyata keçirilən işlər, atılan addımlar ötən il Prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edirlər. Bu yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək".
Siyavuş Novruzov parlamentin əlill tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə çıxış edib. Deputat Azərbaycanda əlil tələbələrin təhsil alması məsələsinə toxunaraq bunları deyib: "Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxsləri tam şəkildə təhsil almasına imkan yarada bilər. Bu cür tələbələrin sağlamlığının qayğısına qalmağa ehtiyacları var. Bu baxımdan onlar müraciət edərək təhsil haqqından azad edilməsini xahiş edirlər. Bu təhsil haqlarının bir hissəsini universitetlər, bir hissəsini Təhsil Nazirliyi, bir hissəsini isə azad iqtisadiyyatla məşğul olanlar öz üzərinə götürsələr, onların tam şəkildə təhsil almasına imkan yaranar".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2018-ci il xüsusən iqtisadi, siyasi, sosial islahatlar, ümumilikdə idarəetmə sistemləri baxımdan yadda qalan il oldu. Əli Hüseynli bildirib ki, müharibə iştirakçıları, əlillər, şəhid ailələri ilə bağlı dövlət başçısının tapşırığı ilə bir çox ciddi işlər görülür: "Qeyd etmək istəyirəm ki, Milli qəhrəmanlara da ölkəmizdə xüsusi diqqət yetirilir. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi hər zaman prezidentə, parlamentə müraciət edərək, onların status məsələsi ilə əlaqədar qanun layihəsinin qəbul edilməsini təklif ediblər. Əlbəttə, bu, gələcəkdə müzakirə oluna bilər. Baş nazirə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, qeyd etmək istəyirəm ki, hazırda sağ olan Milli qəhrəmanlardan bir neçəsi mənzillə təmin olunmayıb. Xahiş edirəm ki, onlar siz tərəfindən qəbul olunaraq problem öz həllini tapsın".
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, əkinçinin icarəyə götürüb əkdiyi torpaqlara görə də, supsidiya ödənilsin: "Novruz müəllimin çıxışında və təqdim etdiyi hesabatında görülən işlər haqqında geniş məlumat verdi. Məncə, bu haqda danışmağa ehtiyac yoxdur". Komitə sədri bildirib ki, regionların inkişafı, səhiyyə, təhsil obyektlərinin yaradılması, infrastruktur, yol sahəsində böyük işlər görülüb: "Azərbaycan postsovet ölkələrində yeganədir ki, burada kəndçilər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunub. Nazirlər Kabinetinin 18 avqust 2015-ci ildə 283 nömrəli qərarına əsasən kəndçiyə yanacaq, motor yağlarına, buğda və çəltik əkmələrinə ödənilən supsidiyalarlın alışına görə ödənişlərə dəyişiklik edilib. Pulu almaq üçün müvafiq sənədlər tələb olunur. Ancaq bu yalnız pay torpaqlarına aidir. Rayonlarda çoxlu ərazilər var k, pay torpaqlarına aid deyil, amma kəndçi onu icarəyə götürərək əkir. Məsələn, Neftçalada 70 min hekat əkin sahəsinin 19 mindən çoxu belə torpaqlardır. Belə torpaqlardan istifadə üçün istehsalçının əlində yerli icra hakimiyyətinin və bələdiyyələrin sənədi var. Amma bu şəxslər dövlətdən maliyyə dəstəyi almaqdan mərhum olunub". Komitə sədri təklif edib ki, yerli icra hakimiyəti və bələdiyyələrin kənd əməkçilərinə icarəyə verdiyi orpaqların təyinatı dəyişməli və yerli şəraitə uyğunlaşdırılmalıdır. Həmçinin yerli icra və bələdiyyələrin elektron müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalıdır. Bu məsələlər həll edilsə və müvafiq sənədlər Asan Xidmət vasitəsilə alınsa kənd təsərrüfatında çalışan insanların böyük qismi razı qalacaq".

Əli