Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
1 Oktyabr 2019 15:15
1 995
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Türkiyə, Gürcüstan və Pakistandan olan yüksək səviyyəli qonaqlar Bakıda keçirilən “Qafqaz Qartalı-2019” birgə təlimləri çərçivəsində baş tutan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimlərin gedişi barədə məruzə edilib.
Sonra təlimin döyüş atışlı mərhələsində aviasiya vasitələrinin dəstəyi ilə ərazidə xüsusi təyinatlı bölmələr tərəfindən müxtəlif tapşırıqlar icra olunub.
Birgə təlimin yekunlarını təhlil edən Müdafiə naziri təlimlərdə iştirak edən hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib və keçirilən təlimlərin ölkələrimizin, o cümlədən strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyi baxımından vacibliyini diqqətə çatdırıb. Müdafiə naziri təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu vurğulayıb. Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq hər üç ölkənin xüsusi təyinatlılarının təlimlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu bildirib.
Sonda Müdafiə naziri təlimdə təmsil olunan ölkələrin nümayəndələrinə hədiyyələr təqdim edib.
9 Noyabr 16:38
1 001
9 Noyabr 16:33
952
9 Noyabr 11:55
1 036