““Barış bulağı” əməliyyatı Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər” Siyasət

““Barış bulağı” əməliyyatı Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər”

“Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış bulağı” əməliyyatı sabah Bakıda dövlət başçılarının iştirakı ilə keçiriləcək Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər”.
Bunu dünən Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra təşkil olunmuş mətbuat konfransında Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov bildirib.
R. Həsənov deyib ki, bu gün Azərbaycan Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış bulağı” ilə bağlı mövqeyini bəyan edib: “Ancaq məsələ bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunmayıb”.
“Azərbaycanın Türk Şurasına sədrliyi dövründə əsas məsələ iqtisadi əlaqələrin inkişafı və Türk Dünyasının mədəni irsinin təbliği olacaq”-deyən R. Həsənov onu da nəzərə çatdırıb ki, bu gün Türk Mədəniyyəti və İrsi Fondunun da Bakıda binasının açılış mərasimi keçirilir: “Hazırda nazirlər də bu açılış mərasimində iştirak edir”.