Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
15 Oktyabr 2019 11:27
1 736
İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Kuhner Fondu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, bu Fondun rəhbəri Laura Kuhnerin (İsveçrə), eləcə də üzvləri Tim Bürginin (Almaniya) və Qifti Dvamenanın (İsveçrə) adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, məktubda Kuhner Fondu Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir. Həmçinin müraciətdə Fondun üzvlərinin etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.
Kuhner Fondunun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul olunub.