Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Belə təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib”

“Belə təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib” Siyasət

“Belə təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib”

Sahib Alıyev: “Oxşar təcrübələr də az deyil”

Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq. Bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclas da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.
Millət vəkili Sahib Alıyev da deyir ki, parlamentin növbədənkənar seçki ilə bağlı qərarı və ümumiyyətlə, hakimiyyətin bu qolu haqda müxtəlif fikirlər səsləndirilir: "Mən bu fikirdəyəm ki, 95-ci ildən üzü bəri Azərbaycan parlamentarizmini yeni müstəqillik əldə edən ölkələrin çoxundan müsbət anlamda fərqləndirən cəhət odur ki, bizdə indiyə qədər başqa dövlətlərin və yaxud da lobbi qruplarının təsiri altında bir dənə də qanun qəbul edilməyib. Bir sözlə, bu illər ərzində Milli Məclis həmişə ancaq Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış edərək adındakı milliliyi doğruldub. Fikrimcə, ölkəmizdəki sabitlik həm də bundan və hakimiyyətin müxtəlif qolları arasında ziddiyyət yox, səlahiyyətlərin dəqiq bölgüsü və sərhəddi çərçivəsində səmərəli əməkdaşlığın, harmoniyanın olmasından qaynaqlanır.
Sirr deyil ki, bəlli çevrələr ayrı-ayrı dövlətləri özlərindən tam asılı vəziyyətə salmaq üçün bəzən həmin dövlətlərdə hakimiyyətin qolları arasında ziddiyyət yaratmaq metoduna da əl atırlar. Nəticədə onu görürük ki, hətta Azərbaycandan dəfələrlə böyük insan və iqtisadi potensialı olan bəzi dövlətləri belə bir sıra hallarda xalqın seçdikləri deyil, başqa ölkələrin səfirləri yönəldirlər. Növbədənkənar parlament seçkisinə gəldikdə aydındır ki, bu seçki nə hər hansı siyasi böhran, nə də bəzi ölkələrdə olduğu kimi çevirilişlə hakimiyyətə yiyələnənlərin baş vermiş prosesin nəticəsini kapitallaşdımaq cəhdiylə bağlıdır. Belə təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib". Sahib Alıyev qeyd edib ki, oxşar təcrübələr də az deyil: "Sadəcə onu deyim ki, hakimiyyətin və hakimiyyətdəki Nur Vətən Partiyasının təşəbbüsü ilə qonşu Qazaxıstanda indiyə kimi 5 növbədənkənar parlament seçkisi keçirilib və təşəbbüsçülər hamısı öz məqsədlərinə çatıblar... Əgər Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış edibsə, bu, oradakıların ilk növbədə öz liderlərinə və partiyalarının potensialına əminliklərindən qaynaqlanır. Fikrimcə, Yeni Azərbaycan Partiyası belə bir addımı həm də ona görə atdı ki, sədrləri cənab İlham Əliyevin xalq arasında reytinqinin fövqalədə yüksəkliyini görür və digər partiyaların rəqiblik potensialının özlərininkindən dəfələrlə aşağı olduğunu yaxşı bilirlər". Sahib Alıyevin sözlərinə görə, əgər hər hansı bir partiya nə vaxt keçirilməsindən asılı olmayaraq seçkiyə hazır deyilsə, bunun suçunu özlərində, öz liderlərində axtarmalıdırlar: "Biz bunu hazırda seçkini boykot etmək istəyənlərin timsalında da görürük. Onların başında duran (lider demirəm, çünki dəfələrlə, elə noyabrın ikisində qanunsuz mitinqə cəhd zamanı qorxaqlığından irəli gələn isterik davranışıyla da o bu ada haqq etmədiyini göstərib) deyir ki, guya hakimiyyət nəticələr saxtlaşdırıldığı halda xalqın soyuğa görə küçələrə çıxmaq istəməyəcəyini bildiyi üçün seçkini qışda keçirir. Bilirsiniz, bu, hətta primitivlik də deyil. Olsa-olsa sistemdənkənar müxalifət adlandırılanların, həm də xalqdankənar olmalarının növbəti təsdiqidir. Onlar bununla Azərbaycan xalqını komfortist və öz haqqını tələb etməyən toplum kimi qələmə verərək aşağılıyırlar. Xalq da bunu görür və bilir. Ona görə də onlar bu gün harda olmalıdırlarsa, elə ordadırlar və orada da qalacaqlar".

İslahatları dəstəklədiyini bildirən Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib ki, parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir: “Biz nəzərə almalıyıq ki, Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanın inkişafının qarşısını kəsmək istəyən qüvvələr dünyada kifayət qədər güclüdür. Onların qarşısını almaq üçün Azərbaycan müasir, güclü və demokratik bir dövlət olmalıdır. Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil dövlətinin mövcudluğudur. Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının gələcəyini təmin edən ən əsas amildir. Ölkədə çox ciddi islahatlar həyata keçirilir. Bu, bir tərəfdən yeni nəslin dövlət idarəetməsinə dəvət edilməsi kimi qəbul olunmalıdır. Bununla yanaşı, islahatlarda, ələxsus kadr islahatlarında Azərbaycanın yeni təfəkkürə, yüksək səviyyəli təhsilə, bacarığa malik kadrlarına üstünlük verilməlidir. Yalnız belə mütəxəssislər çoxşaxəli islahatları həyata keçirməyə qadir ola bilər”.
O, əlavə edib ki, Azərbaycan parlamentinin ölkədə gedən islahatlara uyğunlaşması, ölkə parlamentinə inamın artırılması üçün çox önəmlidir: “Parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir. Azərbaycan xalqı öz potensialını səfərbər edərək, hazırda mövcud olan çox ciddi təhlükələrlə mübarizə aparmaq üçün hazır olmalıdır. İndiyə qədər parlament qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb. Azərbaycanın təhsil sisteminin islahatları üçün hüquqi bazanın qəbul olunmasını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti digər sahələrdə də bu qəbildən olan çox mühüm qanunları qəbul edib. Lakin inkişaf yeni güc, yeni təfəkkür tələb edir. Bizim partiya bu qərarı, islahatları dəstəkləyir. Onların daha da dərin olmasını arzulayır. İslahatları dəstəkləməklə yanaşı, Azərbaycanın müasir, demokratik bir dövlət kimi güclənməsinin tərəfdarıdır. Ümidvarıq ki, hər bir dəyişiklik xalqımızın potensialını reallaşdırmaq üçün Azərbaycan dövlətinin gücünü artırmağa xidmət edəcək”.