Strateji Dilemma Siyasət

Strateji Dilemma

Avrasiya geostrategiyası yeni dövrün komplikasiyonları qismində elə bir xarici siyasət strategiyasını qalobal geosiyasətin predmetinə çevirib ki, bu mürəkkəb sistemdə nə sabit, təyin olunan qüvvələr sistemini və ya qüvvələr balansı kimi terminoloji baxımdan realizm nəzəriyyəsinin prinsiplərini intensiv olaraq xarici siyasətin subyektinə çevirmək mümkün olur, nə də Anglo-Amerikan doktrinası kimi Beynəlxalq Münasibətlər Sistemi (BMS) xarakterilə konsolidasiya olunan Super Avrasiya Geostrategiyasını mövcud şərtlər daxilində müttəfiqsiz həyat qabliyyətli sistemə çevirilməsi prosesi realdır.
Faktiki olaraq NATO öz funksiyasını Amerikanın hərbi strateji planlarına uygunlaşdırmaqla strateji dilemma qarşıslnda dayanıb. Belə bir NATO-nun Beynəlxalq Təhlükəsizlik Sistemindəki rolu Aİ, Amerika və nisbətən Türkiyənın geosiyasi maraqlarına adekvat, formulasiyonları daha az olan interaktiv sistemin transformasiyasını tələb edir. Xüsusilə Fransanın Aİ-də itirdiyi nüfuz kompleksi və Türkiyənin Avrasiya Geostrategiyasında oynadaığı rol (faktiki olaraq NATO nun periferiyadakı əsas gücü Türkiyədir) Amerikanın NATO-nun perspektivinə olan marağı artırdığı halda, əksinə Aİ qayğıları artırır. Bütün bunların fonunda NATO gələcək perspektivilə bağlı qayğılar olduğu kimi qalmaqdadır. Paralel müstəvidə Birləşmiş Ştatların Avrasiya geostrategiyasında həm kontinental Avropa, həm də onun Ön Asiyalı müttəfiqi Türkiyə geostrateji plasdarm kimi nəzərdən kerçirilir və belə bir NATO perspektivi şübhə doğurur. Böyük ehtimalla çoxqütblü sistemin geosiyasi dileması kimi NATO daha çox hərbi-strateji planda deyil, bundan sonra,hərbi-siyasi və ya geosiyasi blok kimi fəlaiyyət göstərəcək.
1. Fransanın Aİ-də siyasi təsiri azalır və belə bir Fransanın Rusiya-Frasana münasibətlərində praqamatik seçim yolu açıqdır.
2. NATO-nun beyin ölümünə qarşı Türkiyənin potensialını ABŞ Türkiyə strateji müttəfiqliyi konteksində, xüsusilə Türkiyənin geosiyasi qayğılarının maksimum nəzərə alınması fonunda Türkiyənin Avropa üzərindəki strateji potensialını formalaşdırardı ki, belə bir alternativ variantın geosiyasi təsir aspekti daha öldürücü olardı. Bu konteksdə Franko-Rus münasibətləri keyfiyyətcə yeni bir mərhələyə daxil ola bilər və bu Amerikanın Avrasiya geostrategiyası üçün prinsipal seçim məsələsini gündəmə gətirərdi. Müvafiq olaraq Fransanın xarici siyasətində Anglo-Amerikan dominatlığına alternativlər aktivlik təşkil edir.
3. Türkiyənin Ön Asiyanın və Avropanın yeni güc mərkəzi kimi meydana çıxaması məsələsi və müstəqil xarici siyasət strategiyası Balkanlar, Orta Şərq və Avropada, Amerika-Türkiyə münasibətləri üçün implus rolunu oynayardı. Bu əsasaən Rusiya Franasa geosiyasi mütəfiqliyi üçün strateji arqumentlər mövcud olduğu halda baş verə bilər.
Yuxarıdakı geosiyasi realizmi konkret faktlar qismində təhlil etsək, onda təxminən belə bir prinsipi rəhbər tutmalıyıq. Müasir dövrün standartları fonunda milli dövlətlər mövcud strateji dilemma qarşısında maksimim milli təhlükəsizlik strategiyasını öz xarici siyasətlərinin prioritetinə çevirəcək. Xüsusilə Türkiyənin Suriya mövzusunda ABŞ və Qərb dövlətlərilə toqquşması böyük ehtimalla belə bir dilemmanın qurucu imlus xarakterli modelini nümayiş etdirə bilər. Yəni, yeni müttəfiqliklər meydana çıxa bilər. Yaxud da köhnə dunyanın sakinləri hansısa formada konsensusa gələ bilər. Əgər hər hansı bir şəraitdə NATO Amerikanın maraqlarına uyğun siyasəti bundan sonrada davam etdirmək istəsə, onda belə bir NATO həm Fransa, həm də Türkiyənin qayğılarını nəzərə almalıdır. Bu konteksdə Aralıq Dənizi başda olmaqla Suriya, İraq və s kimi artıq BMS siyasiləşmiş regional konfliktlərdə Türkiyə və Fransa arasında Amerika əsas rolları bölüşdürməli və bu konteksdə maksimum obyektiv olmalıdır. Xüsusilə Amerikanın xarici siyasəti eyni zamanda Türkiyə Rusiya strateji müttəfiqliyi ehtimalını nəzərə almalı və bu konteksdə Almaniya və Fransa ilə paralel sürətdə, konsensus formatında Türkiyənin regional təhlükəsizliyinə təhdid oluşduracaq addımlardan qaçınmalıdır. Əks təqdirdə tarixi keçmişdə olduğu kimi, fransız-rus strateji müttəfiqliyi xarici siyasətin prioritetinə çevirilə bilər. Paralel müstəvidə Türkiyə-Rusiya münasibətləri fonunda Fransa-Rusiya-Türkiyə geosiyasi müttfiqliyi strateji dilemmanı dərinləşdirərdi. Bütün bunların fonunda Almaniyanın Avropa mərkəzli siyasətindən ABŞ özü üçün məni nəticələr çıxarmaya bilməz. Fakatiki olaraq Almaniya kontinental Avropanı ABŞ-ın nufuz dairəsindən çıxarmaq üçün nisbi təcrid şəraitində izoliyasiya siyasətinə üstünlük verir. Belə bir Almaniya iqtisadi planda qurucu, siyasi planda güclü və geosiyasi planda daha az təhlükəsizlik obyekti kimi təqdim oluna bilərdi. O halda ki, Amerika Avropada daha çox amerikalı kimi davranır. Bütün bunların fonunda müasir dünyanın əsas geosiyasi dilemması Avrasiyada təhlükəsizliyin təmin olunmasında çoxqütblülüyün nəzərə alınması prosesidir ki, burda Avrasiyanın bütün qüvvələri maksimum kontrol daxilində və hər biri təhlükəsizliklərinə zəmanət almaqla prosesdə iştirak edə bilsin. Asiya Pasifikdə Çin-ABŞ qarşıdurması Avrasiyada Təhlükəsizlik üçün nə qədər önəmlidirsə, İran və Ərəb dövlətlərilə münasibətlərin xüsusilə fars körfəzində tənzimlənməsi bir o qədər mühümdür. Prakatika göstərir ki, texnologiyanın inkişafı ilə paralel qlobal təhlükəsizlikdə fiziki sərhədlər daralır. Artıq qlobal təhlükəsizlikdə periferiya anlayışı elədə əhəmiyyətli deyil. Nəticələrin intensiv olaraq poizitiv sferada dəyişməsi üçün tələb olunan resurslar maksimim xarici siyasətin və ya BMS-in predmetinə çevirilməsi şərtdir. Xüsusilə NATO üçün Avropada əsas oyunçu qismində Fransa olduğu halda şübhəsiz Şərqdə Türkiyədir və hər iki dövlətin ABŞ-ın xarici siyasətinə adekvat planları Rusiyanı işarət edir. Strateji dilemmanın əsas ezoterik aktoru hələlik Rusiyadır və bu onun təyinatıdır.

Zamin Axundov, politoloq